Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - Video

Bu gün “Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub...

PİA.az xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Əməkdar artist “Sığmazam” qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb:

“Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə “Nəsimi ili”nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram”.

Qeyd edək ki, Əməkdar artist Fərqanə Qasımova ilk dəfə Oxu.Az-a müsahibəsində ilin sonuna kimi Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdim olunacağını açıqlamışdı:

“Mahnını dinlədim, xoşuma gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar