Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərəkdən gizlədir - vəkil

Bakıda məhşur həkimin ölümünə səbəb olan Qoçqani ilə bağlı yeni faktlar...

“Sirus Qoçqaninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün mümkün olan və olmayan bütün vasitələrindən istifadə ediləcəkdir”.

PİA.az xəbər verir ki, bu sözləri vəkil Samir Zeynalov deyib. O bildirib ki, uğursuz peşə fəaliyyəti ilə bağlı bu ilin may ayında Sona Veliyeva Gürgün-nün vaxtsız ölümü səbəbi ilə gündəmə gələn Dr.Siruz Qoçqani ciddi cəhdlərlə himayə edilir: “Amma tam məsuliyyət və əminliklə bəyan edirəm ki, bu cəhdlər heç bir fayda verməyək. Sirus Qoçqani məsuliyyətə cəlb ediləcək.

Qeyd edim ki, çoxsaylı tənqidlərimdən sonra Baku Medikal Plaza rəhbərliyi Sirus Qoçqani üçün yeni-Lipomatik 7D aparatını alıb. Mərhumə Sona Gürgün Vəliyevanın əməliyyatı üçün istifadə edilən aparat isə Lipomatik 6D idi. S.Qoçqani məhz bu aparatın mükəmməl olduğunu, heç bir fəsad törətmədiyini və emboliya vermədiyini qeyd etməklə mərhuməni əməliyyatın qorxusuz keçəcəyinə inandırmışdı.

27.05.2019-cu il tarixdə uğursuz liposaksiya əməliyyatının gedişində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ölüm səbəblərinə bu günə qədər Sirus Qoçqani və onun çalışdığı Baku Medikal Plazanın Babək filalının rəhbərliyi zəruri aydınlıq gətirməyib.

Baku Medikal Plaza mərhumənin əməliyyatdan öncə əldə edilmiş anestezioloji müayinələrinin cavabını, eləcə də əməliyyatın video görüntüsünü əks etdirən video-diski bu günə qədər təqdim etməkdən yayınır.

Sirus Qoçqaninin diplomu və sertifikasiyası ilə bağlı məlumatlar gizlədilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərkdən gizlədir.

Təzyiqlərə, əngəllərə baxmayaraq davam edirik və istədiyimiz nəticəni mütləq əldə edəcəyik”. (news24.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar