Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Olimpiya Oyunlarının marafon və idman yerişi yarışlarının marşrutu müəyyənləşib

2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının atletika yarışlarının proqramında olan marafon və idman yerişinin marşrutu dəqiqləşib...

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xüsusi komissiyasının qərarı ilə Yaponiyanın paytaxtı Tokiodan Sapporo şəhərinə keçirilən bu iki yarışın dəqiq yeri ilə bağlı suallara aydınlıq gəlib.

Bu növlər üzrə yarışlar Odori şəhər parkında başlayacaq və eyni məkanda da başa çatacaq. Oyunların təşkilat komitəsi şəhər rəhbərliyi ilə birlikdə marşrutu tam müəyyənləşdirib.

Bu, BOK-un İcraiyyə Komitəsinin dekabrdakı iclasında təsdiqlənməlidir.

Qeyd edək ki, marafon və idman yerişinin Tokiodan Sapporoya keçirilməsi Olimpiya Oyunları vaxtı paytaxtda istilərin gözlənilməsi ilə bağlıdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar