Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İAEA: İran nüvə sazişindəki ağır su ehtiyatı həddini aşıb

Beynəlxalq Atom Enerjisi Agentliyi bu haqda məlumat verib...

Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) İrandakı ağır su ehtiyatının bu ölkənin nüvə proqramına dair Birgə və Əhatəli Fəaliyyət Planında (JPCOA) nəzərdə tutulan 130 tonu aşdığını açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Agentliyin bu barədəki hesabatında ağır su istehsalının davam etdiyi, 17 noyabr tarixində həmin məhsulun ehtiyatının 131,5 ton həcminə çatdığı bildirilir.

Hələ bu ilin iyun ayında İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi iki ay yarım ərzində ağır su ehtiyatlarının 130 ton həddini üstələyə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, ötən ilin 8 may tarixində ABŞ-ın JPCOA-nı tərk edərək İranın neft ixracına sanksiya tətbiq etməsi nəticəsində sazişin gələcəyi sual altında qalmışdı. İran tərəfinə görə, sazişin digər iştirakçıları, ilk növbədə, Avropa ölkələri (saziş BMT TŞ-nin 5 daimi üzvü və Almaniya arasında imzalanmışdı) sənədin iqtisadi müddəalarına tam əməl etmədikləri üçün saziş artıq mənasını itirib.

Noyabrın 6-da İranın Fordov yanacaqtəmizləmə müəssisəsində (əslində uranın təmizlənməsi müəssisəsidir) sentriquqalara qaz vurulmasına başlanılıb ki, bu da əslində İranın saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərin ixtisarının dördüncü mərhələsidir. Noyabrın 12-də də İranın BMT-dəki elçisi Əli Nəsimfər sazişin qalan iştirakçıları onu qoruyub saxlamaq üçün əməli addımlar atmayınca hər 60 gündən bir sazışlə bağlı öz öhdəliklərini daha da ixtisar edəcəklərini açıqlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar