Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiya Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib – XİN

Rusiya bir il əvvəl Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib...

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Onların Ukrayna tərəfinin nəzarətinə təhvil verilməsi Rusiya səlahiyyətli orqanlarının lazımi istintaq işlərini tamamlaması ilə bağlıdır və bu gəmilərin Rusiya Federasiyasının ərazisində olması tələb olunmur”, – deyə nazirlik bildirib.

XİN vurğulayıb ki, Rusiya onun sərhədlərində törədilən hər hansı təxribata qarşı sərt şəkildə cavab verməyə davam edəcək.

Xatırladaq ki, 2018-ci ilin noyabrın 25-də Rusiya sərhəd mühafizəsi Ukrayna Dəniz Donanmasının 3 gəmisini və bu gəmilərdəki 24 nəfəri saxlamışdı. Bu ilin sentyabrın 7-də Ukrayna və Rusiya arasında baş tutan əsir və saxlanılanların qarşılıqlı şəkildə dəyişdirilməsi nəticəsində həmin 24 dənizçi Ukraynaya qaytarılıb. (apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya Ukrayna

loading...

Ən çox oxunanalar