Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda sosial etirazlar: İraq və Livan üsyanları İrana köçürülür?..

İrandakı etirazlar dünyanın bir sıra ölkələrində baş verən sosial tərkibli etirazların tərkib hissəsi kimi dəyərləndirmək olarmı və İrandakı sosial gərginliyin bu və ya digər şəkildə Azərbaycana təsiri mümkündürmü?..

Politoloq: “Düşünmürəm ki, İranda xalqın narazılığı daha da kütləvi hal alacaq. Çünki İran dövləti etirazların qarşısın ala biləcək”.

“Hər halda bu etirazlar təkcə benzinin qiymətinin qalxması ilə bağlı deyil. Son vaxtlardakı iqtisadi sanksiyaların güclənməsi, İranın xarici ölkələrdə qruplara maliyyə dəstəyi verməsi və İranın öz maraqlarını xarici ölkədə müdafiə etməsi ona gətirib çıxarıb ki, daxildə sosial vəziyyət, insanların maliyyə vəziyyəti pisləşməkdə davam edir”.

Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İranda benzinin bahalaşması ilə bağlı başlanan etiraz aksiyalarını PİA.az-a şərh edərkən qeyd edib.

İranda benzinin üçqat bahalaşmasına etiraz olaraq 15 noyabrdan başlayan etiraz aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşayiət olunur. Məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb.

Hətta bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb. Dörd nəfər isə aldıqları güllə yaralarından Əhvaz əyalətindən cənubdakı Məhmərə şəhrində həlak olub. Paytaxt Tehranın Şəhriyar rayonunda da ən azı bir etirazçının öldürüldüyü bildirilir. Şənbə günü axşama olan xəbərlərə görə ən azı 13 etirazçı yaralanıb.

Etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb. Sosial şəbəkələrdə həmin aksyalara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara dair videokadrlar yayılır. Belə videolardan birində Əhvaz şhərində nümayişçilərin mərkəzi meydana cəmləşdikləri, avtomobil şinlərinə od vurduqları görünür. Etirazçılar habelə yolları bağlayıblar.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq.

İran rəhbərliyi isə öz növbəsində iğtişaşların xaricdən tətikləndiyini iddia edir. İrandakı hazırkı etirazları İraq, Livan və sosial-iqtisadi vəziyyəti ağır olan, korrupsiyanın hökm sürdüyü digər ölkələrdəki etiraz aksiyaları ilə nə qədər əlaqələndirmək olar? Yəni İrandakı etirazlar dünyanın bir sıra ölkələrində baş verən sosial tərkibli etirazların tərkib hissəsi kimi dəyərləndirmək olarmı və İrandakı sosial gərginliyin bu və ya digər şəkildə Azərbaycana təsiri mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “İrandakı indiki vəziyyətlə bağlı ABŞ rəsmiləri tvit yazıb və xalqı dəstəklədiklərini bildiriblər”.

İranın daxilindəki sosial vəziyyətin Azərbaycana elə də böyük təsirinin olmayacağını düşünən politoloq əlavə edib ki, İranda sosial vəziyyətin gərginləşməsi Ermənistana böyük təsir edəcək:

“Artıq uzun müddətdir ki, İranda sosial qrupların ayrı-ayrı şəhərlərdə küçələrə çıxaraq etirazlarını bildirirlər. Məlumdur ki, İran dövləti uzun müddətdir ki, iqtisadi sanksiyalarla üz-üzə qalan dövlətdir. Qərbin də əsas məqsədi İranda sosial narazılığın getdikcə daha böyük vüsət alması və sonda isə İrandakı siyasi rejimin dəyişikliyidir.

Ümumiyyətlə ABŞ-ın İranla bağlı strateji mövqeyi digər Yaxın Şərq ölkələrindən onunla fərqlənir ki, digərlərindən fərqli olaraq İranın bötövlüyündə ABŞ və Böyük Britaniya maraqlıdır. Yəni biz Liviyada, Suriyada və digər ölkələrdə federallaşmaya istiqamətlənən siyasətin yeridirdiliyini görürük. Amma İranla bağlı bu siyasətin əksini görürük. ABŞ sadəcə olaraq istəyir ki, İranda hakimiyyət dəyişsin və amerikapərəst siyasətçilər hakimiyyətə gəlsin.

İndiki İran siyasi rejiminin apardığı siyasət Aralıq dənizinə qədər “şiə ayparası”nın yaradılmasından ibarətdir. Bildiyimiz kimi 2005-ci ildə İran Livan və İraqla birlikdə “şiə ayparası”nı yaratmağa müvəfəq oldu. Ümumiyyətlə 2000-ci ilin əvvəlindən ABŞ-ın Yaxın Şərqə daxil olmasından sonra əslində nə qədər paradoksal səslənsə də, İranın maraqları gücləndi. Biz İraqda, Livanda, eyni zamanda Fələstin və Yamanda İranprərəst qrupların hakimiyyətə gəlməsinin yaxud da hakimiyyətdə kifayət qədər güclü siyasi, hərbi mövqelərə malik olmalarının şahidi olduq.

Zaur Məmmədov: “Əgər İran islahatlara əl atmasa və sanksiyalar davam etsə, bu etirazların gələcəkdə mənfi fədaslarının olacağını deyə bilərik”.

İrandakı indiki vəziyyətlə bağlı ABŞ rəsmiləri tvit yazıb və xalqı dəstəklədiklərini bildiriblər.

Düşünmürəm ki, İranda xalqın narazılığı daha da kütləvi hal alacaq. Çünki İran dövləti etirazların qarşısın ala biləcək. Ölkədə benzinin qiyməti qalxdıqdan sonra İran prezidenti bunun leyhinə olan faktorları qeydə aldı. Düşünürəm ki, hakimiyyət benzinlə bağlı olan qərara yenidən baxacaqlar. Hər halda bu etirazlar təkcə benzinin qiymətinin qalxması ilə bağlı deyil. Son vaxtlardakı iqtisadi sanksiyaların güclənməsi, İranın xarici ölkələrdə qruplara maliyyə dəstəyi verməsi və İranın öz maraqlarını xarici ölkədə müdafiə etməsi ona gətirib çıxarıb ki, daxildə sosial vəziyyət, insanların maliyyə vəziyyəti pisləşməkdə davam edir. Əgər İran islahatlara əl atmasa və sanksiyalar davam etsə, bu etirazların gələcəkdə mənfi fədaslarının olacağını deyə bilərik.

İranın daxilindəki sosial vəziyyət Azərbaycana elə də böyük təsir göstərməyəcək. İranda sosial vəziyyətin gərginləşməsi Ermənistana böyük təsir edəcək. Onu da qeyd edim ki, əgər İranda vəziyyət getdikcə pisləşsə, bu zamanda İrandakı azərbaycanlılar Azərbaycana və Türkiyəyə üz tutacaqlar”.

Nərminə UMUDLU
pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar