Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünürdülər

Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub...

Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub.

Hüquq mühafizə orqanlarından  verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib.

Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib. Əslində isə qətlə yetirilən qadın Zabratda ev kiralıyaraq Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb.

Qeyd edək ki, qətl hadisəsi 15 noyabra keçən gecə törədilib.

Cinayət fakt üzrə araşdırma davam edir.(oxu.az)

pia.az


Etiket: Bakı qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar