Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA-dan Marsla bağlı yeni kəşf

Mars planetində mümkün bioloji aktivlik barəsində ilk məlumatlardan sonra NASA agentliyi Mars səthində fəaliyyət göstərən Curiosity aparatının yeni kəşfindən danışıb

PİA.az lent.az-a istinadən bildirir ki, bu dəfə aparat həyatın təmin olunması üçün vacib olan daha bir elementi aşkar edib. Məlum olub ki, Mars atmosferində fəsil üzrə oksigen miqdarı hətta Yer kürəsinin atmosferində olan oksigen miqdarından daha çoxdur.

Alimlərə çoxdan bəri məlumdur ki, Marsın atmosferi 95% karbon qazından, 2.6% azotdan, 1.9% arqondan, 0.06% karbon monoksitdən və 0.16% oksigendən ibarətdir.

Curiosity aparatının hesablamalarına əsasən qırmızı planetin atmosferində oksigen miqdarı 30%-ə çata bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin atmosferində oksigenin miqdarı ortalama 20.94% təşkil edir. Marsın atmosferində qazların miqdarlarının bu cür dəyişilməsi alimlər tərəfindən öncə bilinsə də bu cür ani dəyişiklik bilinən ümumi elmi modellər ilə uyğunlaşmır. Yer kürəsində olduğu kimi Marsda da fəsil üzrə iqlim dəyişiklikləri olur. Qışda karbon qazı planetin qütblərində qar formasına kimi donaraq atmosfer təzyiqini aşağı salır.

Yayda isə karbon qazı yenidən buxarlanır. Alimlər daha öncədən də Marsın atmosferində qazların miqdarlarının dəyişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Maraqlısı ondadır ki, Marsın atmosferindəki oksigen miqdarının dəyişilmə zamanı metan miqdarının dəyişilmə zamanı ilə üst-üstə düşür. Bu iki hadisə bir-biri ilə əlaqəli ola bilər. İlkin versiyaya əsasən sözügedən dəyişiklik bioloji aktivlik ilə əlaqəli ola bilər. Qeyd etmək lazımdır ki, indiyənə kimi Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımi təchizata sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparatı isə qırmızı planetə gələn il göndəriləcək.

pia.az


Etiket: NASA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Rusiya şəkər ixracını müvəqqəti dayandırıb

Ən çox oxunanalar