Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət başçısı sənətçilərə hörmət edir, Qüdrət Həsənquliyev örnək götürsün” – Müğənnilər etiraz etdi  

Şou-biznes nümayəndələrinin toylardan əldə etdiyi qonorar tez-tez gündəmə gəlir və müzakirələrə səbəb olur

Hətta, 10 min manata toy oxuyan müğənnilər qınanılır. Bununla yanaşı müğənnilərin vergiyə cəlb olunması ilə bağlı atılan addımlar, bəzilərinin vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı İqtisadiyyat Nazirliyi (red – keşmiş Vergilər Nazirliyi) açıqlamalar verir.

Bu dəfə isə müğənnilərin vergi məsələsini millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. Millət vəkili noyabrın 14-də keçirilən Milli Məclisin plenar iclasında müğənnilərin 10-15 min manata toylara getməsi haqqında bəyanatlar səsləndirib:
“Məcəllədə qeyd olunub ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat?! Bu nə dərəcədə ədalətli vergi qoymaqdır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq. Əgər bunlara baxılsa, mən dəyişikliklərə səs verəcəyəm”.

Onun sözləri birmənalı qarşılanmayb və sənətçilərin etirazına səbəb olub. 
Q.Həsənquliyevdən fərqli olaraq deputat Novruzəli Aslanov müğənnilərin az vergiyə cəlb edilməsi məsələsində onları müdafiə edib:

"Toylara hətta 17 - 18 minə də gedən müğənnilər var. Ancaq nəzərə almalıyıq ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir. Həm də nəzərə alınmalıdır ki, müğənnilərin həyat tərzi o qədər də asan deyil. Onların əsas gəlir mənbələri mərasimlərdən əldə etdiyi vəsaitdir. Ansamblda 10-15 nəfər əməkdaşları var, onların da maddi vəziyyəti nəzərə alınmalıdır.

Nəzərə almaq lazımdır ki, bu insanların gələcək həyatı sığortalanmayıb. Onların gələcək həyatı səslərindən asılıdır. Akif İslamzadə bizim üçün nümunədir. Onun həyatında səsi ilə bağlı fəlakət baş verdi, yaradıcılığına davam edə bilmədi".

Bəs sənətçilər sözügedən mövzü ilə bağlı nə düşünür?

Qalmaqallı məsələ ilə bağlı Musavat.comsənət adamlarının fikrini öyrənib.

Xalq artisti Faiq Ağayev bildirib ki, mövzu ilə bağlı danışmaq istəmir:
“Uzun illərdir ki, vergi ödəyirəm. Heç vaxt vergidən yayınmamışam. Bu mənim vətəndaşlıq borcumdur. Millət vəkilinin fikirlərinə isə münasibət bildirmək istəmirəm”.

Müğənni Nura Suri millət vəkilinin fikirləri ilə razılaşmadığını deyib:
“Hər mövzüda, hər problemdə məşhurları, müğənniləri müzakirə etməyə başlayırlar. Bu düzgün deyil. Səsi müğənniyə Allah verib, istedadı var, oxuyur. Kiminsə nəyindənsə istifadə etmir ki. Müğənni vasitəsilə musiqiçilər, bəstəkarlar, şairlər, rejissorlar, prodüserlər pul qazanır. Bizim hər addımımız puldur. İqtisadiyyat naziri (keçmiş Vergilər naziri) Mikayıl Cabbarov incəsənət nümayəndələri üçün vergini dörd faizdən iki faizə endirib. Çünki müğənnilərin gəliri və xərcləri fərqlidir. Mahnı almaq, klip çəkdirmək, konsert vermək, işçiyə maaş vermək hamısı xərcdir. Bundan başqa sənət adamı baxımlı olmalıdır. Geyimlərə və bəzənməyə xeyli pul xərcləyirik. Hazırda heç kim toydan 15 min qazanmır. 15 min qazanan da bunu musiqiçilər ilə bölür. 15 mindən müğənniyə 3000 manat qalır, ya qalmır. Onun da iki faizi vergi verilir. Onsuz da kimin evində problemi varsa, sosial şəbəkədə müğənnini söyür. Hamının şən günündə oxuyuruq, məclisi şənləndiririk. Bizim işimiz budur. Hər problemi müğənninin üstünə yıxmaq olmaz. Bizim sənəti gözdən salmaq olmaz. Dövlət başçısı sənət adamlarına hörmət edir, fəxri adlar verir, ev hədiyyə edir, diqqətdən kənar saxlamır. Prezidentimizdən örnək götürsünlər”.

Müğənni Nadir Qafarzadə qeyd edib ki, Qüdrət Həsənquliyev haqsızlıq edir: “Millət vəkili Milli Məclisdə daha ciddi problemləri həll etməlidir. Onun oturub müğənnilərin pulunu hesablaması düzgün deyil. İndi əvvəlki kimi toylar çox deyil. 15 minə toy da oxumuram. İnsanlarda müğənniyə 15 min manat verəcək imkan da yoxdur. Millət vəkilləri arasında hörmət bəslədiyim, yaxından tanıdığım insanlar da var.

Qüdrət bəyi yaxşı tanımıram. Allah ona güc versin, o, da xalqın başqa problemləri ilə maraqlanıb, həll yolunu tapsın.

Mən 2003-cü ildən bütün vergiləri ödəyirəm. Əvvəllər toylar, evlənənlər çox idi. İndi gənclər boşanmağı üstün tutur, ya da evlənmirlər. İndi az qazandığıma görə az da ödəyirəm. Sabah çox qazansam, çox vergi ödəyəcəyəm”.

İTV-də yayımlanan "3 D" verlişinin qonağı olan xalq artisti Brilyant Dadaşova da toylara görə müğənnilərdən tutulan vergidən gileylənib:
"Əlbəttə vergi ödəyirəm. Əslində, toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni, toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusuz. Halbuki mən o restoranı heç tanımırdım. Axırda audit danışıb məsələni həll etdi".

pia.az


Etiket: Vergi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar