Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb - Fotolar

ADP-nin qərargahında Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçirilir. Toplantı Azərbaycanda Milli Azadlıq Hərəkatının başlandığı 17 noyabra - Milli Dirçəliş Gününə həsr olunub

Tədbiri giriş sözü ilə sabiq MTN polkovniki İlham Ismayıl açıb: "Hər kəsi salamlayıram. Vaxtilə milyonlar Qarabağı tələb edirdi. İndi isə biz bir zalda tələb etməyə məcbur qalmışıq. "Biz nə etməliyik" sualına cavab tapmaq üçün bura yığışmışıq. Sonda bunun cavabını tapmalıyıq".

Daha sonra söz KXCP sədri Mirmahmud Mirəlioğluna verilib. Onun xahişi ilə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

KXCP sədri çıxışına bu cür davam edib:"Bayramınız mübarək olsun. Artıq tarix yazmağın vaxtıdır. O vaxt hamı yumruq kimi bir arada idi və uğur qazandıq. Siyasi partiyalara müraciət edirəm ki, gəlin bir arada olaq, mübarizəyə qalxaq. Sabah saat 3-ə qədər toplaşaq, Bakı Şəhər İcra Hakimiyyətinə ümumxalq mitinqi üçün müraciət edək. Belə bir mitinqin keçirilməsinə böyük ehtiyac var. Gəlin, müxalifətdaxili savaşları durduraq. Buradan Qurban Məmmədova şəxsən müraciət edirəm. Birlikdə bu savaşlara son qoyaq. Qarabağ türkün namusudur".

Milli azadlıq hərəkatının öncüllərindən biri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı:"Biz bu gün Qarabağ məsələsində 31 il öncəki kimi milyonları bir araya gətirə bilmirik. Bu bizim acılı problemimizdir. Bu müstəqil dövlətimiz bir gün işğal altında olan torpaqlarımızı mütləq azad edəcək. Buna inanıram. Bir zamanlar Minsk qrupu yaradılanda demişdim ki, boş bir qurumdur. Belə də oldu. Son 31 ildə ən böyük problemlərimizdən biri də böyük sözləri kiçildə-kiçildə getməyimiz oldu. Torpağını itirən bir millət özündə güc tapmağı bacarmalıdır. Qarabağ məsələsində iqtidarla ortaq bir məxrəcə gəlmək lazımdır. Nəzərə alaq ki, dünya Azərbaycanın üzərində gələndə iqtidar da gücsüzdür. Müxalifətin Qarabağ məsələsi ilə bağlı böyük bir birliyinə ehtiyac var. Milli məsələdə xalq əlbəttə bizim yanımızda olacaq. Bir-birimizdə qüsur axtarmamalıyıq. Qarabağ məsələsi milli məsələdir və orada kimsə kənarda dayanmamalıdır".

Ədalət partiyasının sədri İlyas İsmayılov da çıxış etdi: "Nə etməli sualına cavablardan biri ATƏT-in Minsk qrupundan imtina etmək olmalıdır. 10 milyon insanın qarşısında heç kəs dayana bilməz. Öz problemimizi özümüz həll etməliyik".

MSDM rəhbəri İsa Qəmbər çox önəmli bir bayramın olduğunu söylədi: "Hörmətli sədarət dedi ki, keçmişdən çox danışmayaq, təkliflər verək. Amma unutmayaq ki, keçmişi dəyərləndirilməyik ki, gələcəyimizə qiymət verək. 31 il öncə millət olaraq ayağa qalxdıq, bir xalq olaraq bunu göstərdik, bütövləşdik. O proseslər milli azadlıq hərəkatına çevrildi və sonunda Rəsulzadənin Cümhuriyyətini bərpa etdik. Bütün mövzuları kənara qoyub yalnız Qarabağ haqqında danışmaq gözəl səslənsə də doğru deyil. Bütün məsələlərə toxunmaq lazımdır. Bu gün zalın aşıb-daşmamasından narahat olmalı deyilik. Mən xalqımızın Qarabağ məsələsindəki mövqeyinə tam inanıram. Bu millət böyükdür. Biz imkan verməməliyik ki, Qarabağ adından bəzi qüvvələr öz xeyirlərinə istifadə etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Həqiqəti unutmamalıyıq. Qarabağ məsələsi bizim üçün müqəddəs məsələdir, amma bəzi qüvvələr üçünsə oyundur. Qarabağ ətrafında oyun oynayanlarla birlikdə necə ola bilərik? Bayramınızı təbrik edirəm. Tanrı Azərbaycanı qorusun".

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn:"O meydana gələn insanlar ya ölərik, ya meydanı tərk etmərik. Bir Pənah, olaraq, 4 oğul nəvəsi olaraq, hər kəsi torpaq, namus uğrunda mübarizəyə səsləyirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ".

Müsavat başqanı Arif Hacılı: "17 noyabr bizim əsl bayramlarımızdan biridir. Xalq hərəkatı Qarabağ ətrafında başladı. Dəfələrlə demişəm ki, mən siyasətə Qarabağla bağlı gəlmişəm. Biz Rəsulzadə-Elçibəy yolunu davam etdiririk. Əminəm ki, xalqımız bu problemi həll edəcək. Sizləri bir daha təbrik edir, mübarizəmizdə uğurlar arzulayıram".

ADP sədri Sərdar Cəlaloğlu: "Burada səslənən əksər fikirlərlə razıyam. Müharibələri dövlətlər başlayır, xalqlar başa çatdırır. Qarabağ məsələsində iqtidarlı müxalifətli apardığımız təbliğat doğru deyil. BMT-nin Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi qətnamələrin əleyhinə səs verən üç ölkə Fransa, ABŞRusiyadır. Minsk qrupunun üç həmsədr ölkəsi bunlardırsa, bu qurumdan nə gözləyə bilərik? Biz bütün yollardan, vasitələrdən torpaqlarımızı azad etmək üçün istifadə etməyi bacarmalıyıq. Deyiləcək sözlər çoxdur. Qarabağla bağlı heç bir pessimist fikri yaxına buraxmamalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılacaq".

Azadlıq partiyasının sədri Əhməd Oruc Qarabağ Komitəsinə təşkil etdiyi bu tədbirə görə təşəkkür etdi: "Bu məsələdə dövlət və millət olaraq, bir olmalıyıq. Bu yolda hər kəsə uğurlar".

AMİP katibi Əli Orucov: "Bizim əsas problemlərimizdən biri də düşməni yaxşı tanımamğımızdır. Bu problemi aradan qaldırmalıyıq. Müharibələri təbliğatla bu gün udurlar. Erməni dilini bilən insanlarımız var. Onlardan istifadə etməliyik".

AĞ Partiya başqanı Tural Abbaslı: "Son 100 ildə Qarabağ məsələsi tariximizdə, taleyimizdə əsas rol oynayıb. Müstəqilliyimizin qazanılması da bu yolla oldu. Bu məsələdə xalqımız birdir. Siyasilərimizin də bu məsələdə hər zaman bir olduğuna əminəm".

BDU-nun professoru Sabir Məmmədli bildirdi ki, müxalifətin Qarabağın azad edilməsi ilə bağlı mükəmməl proqramı olmalıdır: "Müharibə yalnız hərbçilərin toqquşması ilə baş vermir. Bunu unutmamalıyıq. Azərbaycanda vəzifələrdə təmsil olunanlardan təsir vasitələri geniş olan rusbaşlar var. İnformasiya müharibəsində qalib gəlməliyik. Psixoloji müharibə də aparmalıyıq. Məyusluğa düşmək lazım deyil. Revanş müharibəsi ermənilər üçün ağır olacaq".

Hərəkatçı Nizaməddin Quliyev bu xalqın heç vaxt bu işğalla barışmayacağını bildirdi.
Tədbir "Koroğlu" üverturası ilə başa çatıb.(müsavat.com)

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar