Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev İran arxivlərinə maraq göstərir  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, doktor Əbuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Nümayəndə heyətinə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi daxildirlər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq, Azərbaycanla İran arasındakı tarixi dostluq münasibətlərindən söz açıb, bu əlaqələrin son dövrlərdə daha geniş vüsət aldığını qeyd edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.

Akademik Ramiz Mehdiyev İran İslam Respublikasından olan nümayəndə heyətinin Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitində iştirakını və ölkə rəhbəri ilə görüşünü yüksək qiymətləndirərək, bu səfərin iki dost ölkə arasında elm və mədəniyyət sahəsində çoxtərəfli əlaqələrin təşkilinə təkan verəcəyini söyləyib.

Azərbaycan tarixinin hələ də dünya elmi ictimaiyyətində kifayət qədər tanınmadığını vurğulayan akademik bu gün ölkə alimlərinin tariximizi olduğu kimi təqdim etmək üçün yeni mənbələrin axtarışında olduqlarını deyib: “Düşünürəm ki, İranın arxiv sənədlərində də Azərbaycan tarixi ilə bağlı qiymətli materiallar vardır. İranAzərbaycan alimləri birgə fəaliyyət göstərməli, tarixi həqiqətlərin ortaya çıxarılması, İran-Azərbaycan tarixinin daha dərindən öyrənilməsi üçün səylərini əlaqələndirməlidirlər”.

Ölkə başçısı İlham Əliyevin İran dövləti ilə dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini deyən AMEA-nın rəhbəri bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün elm adamlarının bütün səylərini sərf edəcəklərini bildirib.

Sonra İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, doktor Əbuzər İbrahimi Türkman çıxış edərək cəmiyyətin inkişafında elmin müstəsna rolundan danışıb.

Əbuzər İbrahimi Türkmanın sözlərinə görə, tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətləri, ortaq adət-ənənələr, dini dəyərlər Azərbaycanİran xalqlarının daha da yaxınlaşmasına zəmin yaradıb. İki ölkə arasında elm və mədəniyyət sahəsində mövcud olan əlaqələrin bundan sonra da davam etdirilməsi hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək.

Daha sonra Əbuzər İbrahimi Türkman İran Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunmuş kitabları akademik Ramiz Mehdiyevə təqdim edib.

AMEA tərəfindən qonağa “Azərbaycan muğamı miniatürlərdə” və İmadəddin Nəsiminin “Qəzəllər” kitabları hədiyyə olunub.

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar