Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir

İran hökumətinin benzinin qiymətini gözlənilmədən qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarı ölkəboyu etirazlara səbəb olub

Bəzi müəlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb. Digər xəbərlərdə ölü sayının 25-ə yaxın olduğu vurğulanır.

PİAaz xəbər verir ki, uzun müddət İranda yaşamış, mühacirət etdikdən sonra 12 ildir ki, Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az-a açıqlamasında bildirib ki, iğtişaşlar İranın hər yerində baş verir:

“İğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var. Ölənlərin sayı deyilənlərdən daha çoxdu. Sadəcə İran rejimi bunu gizlədir. Təəssüflə deyə bilərəm ki, ölənlər arasında azərbaycanlıların olması ehtimalları böyükdür”.

Araz Obalı bir məqamı da qeyd edərək bildirib ki, benzinin bahalaşmasına etiraz bir bəhanədir:

“Ona görə ki, millət İran dövlətinin pulları terror təşkilatlarına xərcləməsindən çox narahatdır. Benzinin bahalaşması adı altında “Hizbullah”, “Həmas”, “Əl-Qaidə” kimi terror təşkilatlarının maliyyələşdirməsinə etiraz edilir. Hətta, İranda mollaların oturduğu 2 dini mərkəz yandırılıb. Səbəb kimi belə mərkəzlərə maliyyənin mənasız olaraq ayrılması göstərilir. Həmçinin, etirazların başlamasında təkcə farslar yox, etnik xalqların da  rolu böyükdür”.

İranda benzinin satış qiyməti 2 dəfə bahalaşıb. Bundan sonra benzinin 1 litri 7500 İran rialına yox, 15 min riala (0,36 ABŞ dolları) satılacaq. Eyni zamanda, benzinin aylıq satış limiti də qüvvəyə minib. Adambaşına ay ərzində 60 litrdən artıq benzin ltri 15 min rialdan satıla bilməz.

Limit aşılarsa, 60 litrdən artıq olan hər litrə görə 30 min rial ödənməlidir. Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər.

Rəsmi Tehran bəyan edir ki, bu bahalaşma və məhdudiyyətlər 60 milyon vətəndaşa maaşların, təqaüdlərin və s.-nin ödənilməsi üçündür. Real səbəb isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi, ölkə iqtisadiyyatını çökdürən sanksiyalardır.

Hakimiyyət ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb. ABŞ sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərib.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxması nəticəsində İran neft ixracı ilə bağlı güclü sanksiyalara məruz qalıb.

İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Etirazların Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərini əhat etdiyini xəbər verilir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir. Həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar