Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda növbəti bahalaşma təhlükəsi: İctimai nəqliyyatın və taksilərin qiyməti artır?

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda maye qazın (LPG) satış qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırıldı

Bəs mayə qazın qiymətindəki artım əlaqədar seqmentlərə təsir edəcəkmi?

Bu barədə iqtisadçı ekspert Akif Nəsirli “Yeni Sabah”a bildirib ki, bu inflyasiya təzyiqlərini artırmağa səbəb olacaq:

“Yanacaq istənilən sahədə göstərilən xidmətin maya dəyərində xüsusi çəkiyə malik olan elementlərdən biridir. Ona görə də mayə qazın birdən-birə təxminən 25%-dən çox bahalaşması sözsüz ki, mayə qazdan istifadə edən nəqliyyat vasitələrinin göstərdiyi xidmətin, daşınan məhsulun dəyərinə təsir edəcək. Sahibkarın xərcləri artacaq. Gələcəkdə sahibkarlar qiyməti tənzimləyən Tarif Şurasıdırsa, ora müraciət edəcəklər, ya da özləri qiymətləri müəyyən qədər qaldıracaqlar. Ümumiyyətlə, bu cür qiymət artımları inflyasiya təzyiqlərini artırmağa səbəb olacaq”.

Ekspertin fikrincə, bu addım həm də sahibkarın xərclərini artıracaq: 

“Bu addım yəqin ki, maye qazla işləyən maşınların sayının azalmasına hədəflənib. Halbuki benzinlə, dizellə işləyən avtomobillərə nisbətən qazla işləyən avtomobillər daha az atmosferə zərər vurur. Bu mühərriklər ekoloji cəhətdən daha səmərəlidir. Ölkədə qaz və hibrid tipli mühərriklərin idxalı stimullaşdırılmalıdır. Azərbaycan ərazisində daha çox məskunlaşma olan ərazilərdən biri Abşeron iqtisadi rayonundakı havada çirklənmə normadan üç dəfə çoxdur. Hətta müstəqil ekspertlər bunun 6-7 dəfə çox olduğunu bildirirlər. Sadəcə Abşeron xeyli küləkli zona olduğu üçün bu çirklənmə tez-tez təmizlənir. 

Digər tərəfdən isə qazla işləyən mühərriklər sahibkarlar üçün daha səmərəlidir. Biz nəyə görə sahibkarın xərclərini artıran qərarlar verməliyik? Əgər biz ölkədə iqtisadi artımın stimullaşdırılmasını hədəfləmişiksə, sahibkarın xərclərinin azalmasına yönəlmiş addımlar atmalıyıq, onlar üçün daha münbit  şərait yaratmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar