Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər

Almaniya saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər

“Report”un Avropa Bürosunun məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub.

Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Televiziya verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-in maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.

Mütəxəssislər bildiriblər ki, BAMF “Miqrant alveri” ilə bağlı saxlanılan cinayətkar qrupun üzvlərinin “xidmətindən” yararlanıb, yaşamaq icazəsi alanların işinə yenidən baxmalı və bunun nəticəsini ictimaiyyətə açıqlamalıdır.

Qeyd edək ki, keçən il Almaniya sığınacaq statusu verdiyi 100 mindən çox şəxsin işinə yenidən baxıb. 2017-ci ildə isə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib.

O vaxt Almaniya Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-in yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb.

pia.az


Etiket: Almaniya mühacir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar