Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm İmamoğlunun vəziyə gətirdiyi müəllim istefa verdi 

Əkrəm İmamoğlu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat departamentinə təyin edilən Taylan Engin istefa verib

Musavat.com xəbər verir ki, Taylan Engin bu vəzifəyə təyin olunmadan əvvəl Bandırma 17  Eylül universitetində çalışırdı.

Balıkesirdən gələrək vəzifəsini icra etməyə başlayan müəllimin tez bir zamanda istefa verməsi müzakirələrə səbəb olub. Onun istefası İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən təsdiqlənib. Açıqlamada Taylan Enginin bu vəzifə üçün uyğun kadr olmadığı bildirilib.

Taylan Engin özü də vəzifəsinin öhdəsindən gələ bilmədiyini qeyd edib.

Türkiyə mətbuatında Taylan Enginin sözügedən qurumda mübahisə etdiyi üçün istefa verməsi haqqında da məlumatlar yer alıb. Məlumatlara görə, Taylan Enginin baş katibin müavini İbrahim Orhan Demir ilə ard-arda mübahisə etməsi onun istefa verməsinə gətirib çıxarıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi mətbuat katibi Şükrü Küçükşahin isə məsələyə belə aydınlıq gətirib: "Uyğun bir iş sərgiləyə bilmədiklərini demək daha doğru bir ifadə olardı"

Taylan Engin kimdir ?

1977-ci ildə Türkiyənin Balıkesir şəhərində dünyaya gələn Taylan Engin, 1999-cu ildə “Yıldız Teknik” universitetini bitirib. O, İnşaat mühəndisliyi fakültəsi üzrə təhsil alıb. Taylan Engin 2005-ci ildə məzun olduğuğu universitetdə magistr dərəcəsini əldə edib. 2013-cü ildə isə Marmara universitetində iqtisadiyyat bölməsində təhsil alıb. Taylan Engin nəqliyyatın özəl və dövlət sektorlarında dərin təcrübəyə malikdir və yerli idarəetmə orqanlarında fərqli vəzifələr icra edib. Taylan Engin ailəlidir, iki övladı var. O, iyulun 26-da İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat departamentinin müdiri təyin edilmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar