Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycan yığması Uelslə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxacaq

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edəcək.

“Bakcell Arena”da baş tutacaq matç saat 21:00-da start götürəcək.

Beş komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşıb və final mərhələsinə yüksəlmə şanslarını itirib. Qalan 4 komandanın isə mərhələ şansları qalır.

Uels millisi qrupda ilk 2 yerdən birini tutmaq üçün əvvəlcə Bakıda Azərbaycan yığmasını, 3 gün sonra isə Kardiff şəhərində Macarıstanı yenməlidir. Üstəlik, 10 xalla 3-cü sırada olan Slovakiya Xorvatiya ilə səfər, Azərbaycanla ev qarşılaşmalarında ən azı 1-də xal itirməlidir.

Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniya “Albasete”sindən dəvət olunmasında texniki problem yarandığı üçün Eddi İsrafilov Uelslə görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdən çıxarılıb.

Uels millisində isə qapıçı Denni Uord və müdafiəçi Nil Teylor şəxsi işləri, hücumçu Tom Lourens xəstələnməsi səbəbindən Bakıya səfər edəcək heyətdən çıxarılıb. Əvəzində Aaron Remzi cari seçmə tsiklə ilk dəfə yığmanın düşərgəsində yer alıb. Qaret Beyl də zədəsini bərpa etdiyi müddətdə İspaniya “Real Madrid”ində forma geyinmədiyi halda, millinin toplanışına qatılıb.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də – 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb – 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb.

AVRO-2020

Seçmə mərhələ, E qrupu

21:00. Azərbaycan – Uels

Baş hakim: Deniz Aytekin

Yan xətt hakimləri: Eduard Beytinger və Rafael Foltın

Dördüncü hakim: Kristian Dingert (hamısı Almaniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Mark Bos (Niderland)

Bakı, “Bakcell Arena”

pia.az


Etiket: AVRO-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar