Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hansısa başkan, daşkan, boşqan və s…” - Mir Şahindən Arif Hacılıya

Real Televiziyasının rəhbəri Mirşahin Ağayev və Müsavat partiyasının başqanı Arif Hacılı arasında sosial şəbəkədə mübahisə yaşanıb...

Sözügedən TV-nin əməkdaşı Mahir Məmmədli Almaniyadakı mühacir alverində ittiham olunaraq saxlanıldığı bildirilən Müsavat üzvləri ilə bağlı A.Hacılıdan müsahibə götürmək üçün müraciət edib, lakin partiya rəhbəri bundan imtina edib.

Bu barədə feysbukda paylaşılan “post”un şərh bölməsində Arif Hacılı və M.Ağayev arasında kəskin müzakirə gedib.

A.Hacılı bildirib ki, onun deyəcək sözü olsa da, Real TV-yə danışmaq istəmir: “Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsunuz”.

Real TV rəhbəri isə partiya başqanının ucuz populizmlə məşğul olduğunu bildirib: “Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu publikana, lap doğrusu qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla dırnaqarası mühacir məsələsindən danışacam”.

Arif Hacılı da M.Ağayevi etik davranmağa çağırıb: “Bir partiya başqanı ilə sən deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarından xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

Növbəti dəfə M.Ağayev daha sərt formada reaksiya verib: “Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başkan, daşkan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.(qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar