Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya üçün Azərbaycan modeli: Təcrübəmizi öyrənin!

Heç kimə sirr deyil ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dünya dövlətlərdəndir...

Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Dünya dini liderlərinin II Bakı Sammitində səslənən fikirlər də məhz bu məqamlardan xəbər verir.

Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin bu tədbirə qatılması heç də sadə məsələ deyil.

Sammitdə çıxış edən Azərbaycan prezidenti cənab İlham Əliyevin dedikləri ilə razılaşmamaq olmur. Sitat: “Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Elə Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğanın da dediyi kimi “Azərbaycan dünya dini liderlərinin sammitini keçirə biləcək nadir ölkələrdəndir”.

Onun sözlərinə görə, dünya dini liderlərinin II sammitini keçirməklə Azərbaycan dünya sülh prosesinə töhfə verir.

Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe də çox önəmli mesajlar verir:

Azərbaycanda şiələr və sünnilər bərabər və mehriban şəraitdə yaşayırlar. Onlar iki ayrı məzhəbin nümayəndəsi kimi yox, vahid məzhəbin nümayəndələri kimi həyat sürürlər.

Mən buradan digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırıram. Bu, çox faydalı metoddur”.

O da məlumdur ki, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da dediyi kimi Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib:

“Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özününküləşdirmək siyasəti həyata keçirsələr də, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur”.

Əslində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multukulturalizmi çoxdan dövlət siyasəti elan edib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılmışdı.

Bir qədər keçmişə qayıdaq, Ulu Öndərin bir zamanlar müdrikcəsinə söylədiyi fikirlərə diqqət yetirək. Çünki ulu öndər Heydər Əliyevin bu mövzu ilə əlaqədar fikirləri son dərəcə əhəmiyyətlidir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var"

Heç kimə sirr deyil ki, dünyada dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meylləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Amma gəlib Azərbaycana baxsalar görəcəklər, Azərbaycanda nəinki multikulturalizm yaşayır, hətta möhkəmlənir.

Yenə prezident İlham Əliyevin təbirincə desək, bizim təcrübəmiz öyrənilir. Sitat: “Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır”.

Səbuhi MƏMMƏDLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar