Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da yaşayan müsavatçı Arif Hacılını istefaya çağırdı, qalmaqal düşdü

“Utanmırsan... Qərargaha mebeli mən almışam...”...

ABŞ-da yaşayan müsavatçı, Nazirlər Kabinetinin sabiq Aparat rəhbəri Ramiz Yunus Müsavat partiyasının başqanı Arif Hacılını istefa verməyə çağırıb.

Azpost.info bildirir ki, A.Yunus Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqalın bir daha Müsavat partiyasının imicinə zərbə vurduğunu bildirib.

“Alman federal polisi tərəfindən açılmış cinayət işində hallanan Avropada bu partiyanın AKM adi altında yaradilan mərkəzin təşəbbüskari şəxsən indiki başkan Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq ücün onun rəhbəri istefa verir və məhz buna görə hörmətli Arif bəy İstefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Bundan sonra Müsavat başqanı Arif Hacılı Ramiz Yunsula polemikaya girib və onu yalan danışmaqda ittiham edib: “ Almaniya polisinin hansı sənədində Müsavat AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?”

A.Hacılı həmçinin Ramiz Yunusu Müsavat partiyasına mühacirət məqsədi ilə üzv olduğunu deyib: “Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusuz. Mühacirət edəcəyinizi gizlətmisiz. Sizi partiyaya qəbul edənləri aldatmısınız. İndi əməllərinizə görə sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?”

Ramiz Yunus öz növbəsində bu itihamı “ağ yalan” adlandırıb: “Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin imzası ilə Müsavatın rəsmi arayışını cap etsəm ki, 1992-ci ildən mən Müsavat partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Niyazi İbrahimlə(Müsavatin o vaxtki ilk baş katib)partiyanın bərpa işləri ilə məşğul olanda siz prezident aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndən sonra partiya işlərinə goşuldunuz. Ayıbdır”.

Arif Hacılı da partya üzvünü yalan danışmaqda günahlandırıb: “Düz deyirsiz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın Bərpa Mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsız. O vaxt Müsavatın Bərpa Mərkəzinin həndəvərində fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Partiyaya isə 2000- ci ildə, ABŞ-a getmək ərəfəsində qəbul olmusuz”.

Bundan sonra qarşılıqlı ittihamlar daha da ciddiləşib. Ramiz Yunus Müsavat qərargahını təmir etdiyini açıqalyıb: “Utanmirsiniz? Partiyanin binasini,onun remontunu,onun bütün mebeli,telefonlarini,və başqa problemlərini kim şəxsən həll edib? Siz,yoxsa Ramis Yunus?Davam edim,yoxsa bəstir?Hər şeyi danişim,yoxsa …?”

Arif Hacılı isə partiyaya binanı prezident Elçibəyin verdiyini deyib: “İsa bəyin təkidi və mənim xahişimlə. Partiya təmir olunmamışdı. Mebeli yox idi. Telefonlarla nə oyun qurulmuşdusa 12 min $ telefon borcumuz olduğu üçün telefonlardan ümumiyyətlə, məhrum olduq. İndi də bu qadağa altındayıq. Katel işlədirik. Haradansa oğurlanıb gətirilib Müsavatın dəhlizinə salınmış köhnə xalçalara görə isə bizi az qala tuturdular. Dedim axı, nağılları bu işlərdən xəbərsiz olan gənclərə danışın”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar