Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada azərbaycanlı mühacirə aid restoran və mənzillərdə axtarışlar aparılıb

Almaniya polisi “Mühacir alveri”nə görə həbs edilən Azərbaycan vətəndaşına məxsus restoran və evlərdə axtarışlar aparıb...

"Report”un Avropa bürosunun məlumata görə, növbəti yoxlama uzun illərdir Almaniyada mühacir həyatı yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərova məxsus Koblenz şəhərində yerləşən restoranda baş tutub. Federal kriminal polis iaşə müəssisəsinin kassasındakı istintaq üçün zəruri olan sənədləri aktlaşdıraraq götürüb.

Eyni zamanda E.Əkbərova məxsus Reynland-Pfalts əyalətində yerləşən mənzillərdə də axtarış aparılıb. Nəticədə Azərbaycanın hüquq-mühafizə orqanlarına aid saxta möhür, ştamp, əvvəlcədən hazırlanmış saxta arayış formaları və nağd pul istintaq üçün yararlı hesab edilərək müsadirə edilib.

Qeyd edək ki, Koblenz Federal İdarə Məhkəməsi E.Əkbərovun şübhəli şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində 6 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, ötən gün Almaniya federal kriminal polisi mühacir alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edilib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin üzvlərindən 7-si saxlanılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar