Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mühacir alveri" məsələsinə görə Müsavat və ReAl-çılar arasında qalmaqal - Foto

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub...

Müsavat Partiyası başqanının müavini Səxavət Soltalının yazdığı status ReAl-çıları bərk hiddətləndirib.

Trend-in məlumatına görə, S.Soltalı "Facebook"da belə yazıb: “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!”.

Bu statusa ReAl Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Belə ki, ReAl partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır”.

S.Soltanlı isə yazıb ki, deyilənlər şər-böhtandır. ReAl-çı D.Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar" - deyə cavab verib.

Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar