Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş katibi: "Dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir"

Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin 14 noyabr - Ümumdünya Diabetlə Mübarizə günü ilə əlaqədar müraciətində deyilir...

”Dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir. Müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır. Bundan əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyindən verilən xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin 14 noyabr - Ümumdünya Diabetlə Mübarizə günü ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə qeyd edilir ki, diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına kölgə salır, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur qoyur: “2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdə bir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar.

Xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də eləcə də 2030-cu ilə qədər Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatına nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.

Ümumdünya Diabetlə Mübarizə Günündə, dünyada diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar