Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casuslar şəhəri İstanbulda indi nə baş verir?..

Hər kəs İstanbulda öldürülən ingilis casus Ceyms Qustav Eduard Le Mejurier barədə danışır. O, çox önəmli bir adam idi. Ona görə, ölüm səbəbi olduqca maraqlıdır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 13 noyabr 2019-cu il

Le Mejurier 25 may 1971-ci ildə Sinqapurda doğulub və əsgərdir. Akademiyanı bitirdikdən sonra Yuqoslaviya ərazisində çalışıb. Son isə o böyük sistemin içinə düşüb...

Bu nöqtəyə nəzər salmaq lazımdır. Daha əvvəl dediyim kimi, Le Mejurierin həyatı Türkiyənin məşhur Ceyms Bondu Savfer Lütfi Tozanın həyat yolunu xatırladır. Tozan Trebinyedən idi. Dəfələrlə həm daxildə, həm də xaricdə həbs olunub. Hər dəfə də xilas ola bilib. Onu hamı “Belqradı xilas edən türk” kimi tanıyırdı. İngilislərin hərbi qanadının ən özəl nümayəndəsi idi. İki dünya müharibəsi arasında ticarətlə məşğulı olmuşdu. Silah və neft ticarətindən olduqca çox miqdarda pul qazanıb. Avropanın müxtəlif yerlərində casusluq etdiyi üçün həsb edilmişdi. Əlbəttə ki, xilas olmuşdu. İkinci Dünya müharibəsində bombalar partlayarkən girib çıxmadığı şəhər qalmamışdı.

Qəhrəmanlıqlarına görə ona “Britaniya İmperiyasının Fəxri Zabiti” orderi verilib. Bu nişan hər kəsə verilməzdi. Tozan Almaniyaya gedən 3 türk komandirin Hitlerlə görüşünü təşkil etmişdi. Buradan aldığı “Almanlar Belqradı bombalayacaq” bilgisini dərhal Londona ötürmüşdü. Bu gizli məlumat Papa daxil olmaqla, bütün Avropanı və ABŞ-ı ayağa qaldırmışdı. Gələn təzyiqlərə baxmayaraq, Belqrad yıxılmadı və Tozan da orderlə mükafatlandırıldı.

Nə qədər sərvəti olduğu məlum olmayan Tozan öldükdən sonra bütün malını, mülkünü “Darüşşafaka”ya, “Koru”nu da bələdiyyəyə verib. Tozan ingilislərin türk Ceyms Bondu idi. Hələ də onun İsveçrədəki köhnə hesablarını axtarırlar.

Le Mejurierə qayıdaq.

“ExxonMobil”, “Royal Dutch Shell”, “BP”, “Chevron”, “Kuwait Petroleum Corporation”, “ConocoPhillips” ve “Occidental Petroleum Company” dünyanın ən önəmlıi neft şirkətləridir. Təbii olaraq hamısı 191 ölkədəki neftə nəzarət etmək istəyir.

Lakin təbii ki, neft dedikdə siyahının əvvəlində gələn yer Yaxın Şərqdir. 2012-сi ildə bu neft şirkətləri bir dərnək qurmağı qərarlaşdırıb. Bu dərnək, xüsusilə də Yaxın Şərqdə fəaliyyət göstərəcəkdi. Əlbəttə ki, Afrikada da aktiv olması gözlənilirdi. Bu vəzifə isə Corc Sorosa verilib. O da İngiltərədə güvəndiyi şəxslərlə görüşdükdən sonra Ceyms Qustav Eduard Le Mejurieri Nyu-Yorkda qonaq edib. Bütün hekayə burdan başlayır.

Bu görüşdən təkcə 4 ay sonra “White Helmets” (Ağ Dəbilqələr) qurulub.

Ceyms Qustav Eduard Le Mejurier şahzadə Uilyam və şahzadə Herinin də məzun olduğu “Sandhurst” Krallığı Hərbi Akademiyasında təhsil alıb. Fərqlənmə ilə məzun olan Le Mejurier “White Helmets” üçün mərkəz təyin edib. Lakin London və Nyu-York əvəzinə, iki müxtəlif şəhər seçilib: İstanbul və Dubay.

İstanbul ingilislərin mərkəzi qəbul edilərkən, Dubay da ABŞ-ın mərkəzi oldu. Bosniya müharibəsində İngiltərə Özəl Qüvvələri üçün çalışan Le Mejurier təbii olaraq İstanbula köçüb. İstanbulun hər yerən asanlıqla gedə bilən və çox yaxşı dərəcədə türkcə danışa bilən Le Mejurier Türkiyənin neftlə bağlı hər işindən xəbərdar idi. Çünki Türkiyədəki qaynaqları çox önəmli şəxslər idi. Le Mejurier, xüsusilə, Türkiyənin Aralıq dənizi ilə bağlı planlarına görə çox özəl bir komanda qurmuşdu. Bu komanda ilə Mərmərə dənizində çox önəmli toplantılar keçirirdi. Lakin bu ilin ilk günlərində Amerika-İngiltərə ortaqlığı bitib.

Dubayla İstanbul üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin qarşı-qarşıya qaldığını nəzərə aldıqda artıq yeni bir yol tapmaq lazım gəlir.

ABŞ-İngiltərə ortaqlığı onsuz da BBC-nin İŞİD-çilərin təxliyə edilməsini ilə bağlı görüntüləri yayımladığı zaman böyük yara almışdı. Le Mejurier Türkiyədə bəzi şəxslərlə yolunu ayırıb. Çünki buna məcbur qalmışdı. Həmin şəxslər də Dubaya geri qayıdıb. Dubaydakı bəzi şəxslər də Türkiyəyə, yəni İstanbula gəlməyə məcbur olub. “Sandhurst” Krallığı Hərbi Akademiyasından məzun olan 3 nəfər də İstanbula köçüb.

Əlbəttə ki, Le Mejurier öldürüldüyü üçün onu tanıyırıq. Bu şəxslər turizm agentliyi kimi görünən şirkətlərlə müqaviləli şəkildə işləyirdi. Lakin heç birinin yaşadığı ünvan İstanbul deyildi. Hər ay İstanbulda görüşən və toplantılar keçirən komanda bunun üçün, əsasən, hər ayın üçüncü bazar ertəsi gününü seçirdi. Yəni 18 noyabrda İstanbulda önəmli bir görüş olacaqdı. Lakin bu toplantı artıq baş tutmayacaq. Çünki Le Mejurier artıq yoxdur.

Bu cinayətin arxasında, böyük ehtimalla, ABŞ var. Bu iddia ABŞ-lılara aiddir. Çünki “Analysis”, “Research and Knowledge”də, yəni “Ağ Dəbilqələrin” Dubaydakı mərkəzində həyəcan təbili çalınıb.

“Analysis”, “Research and Knowledge”in dünya miqyasındakı layihələr xəritəsi tamamilə Türkiyənin Suriyaİraq sərhədindəki bölgələrindən ibarətdir. Yəni adamlar xəritə üzərində hər yeri ələ keçiriblər.

Lakin xəritədə İngiltərə yoxdu. Le Mejurierin ölümü ingilislərin tamamilə kənarlaşdırılması yönündə bir addımdır. Təbii ki, ingilislər də susub oturası deyil. Amma hələ ki, susurlar.

İstanbul yenə müharibə mərkəzi oldu. Bunu başa düşmək çətin deyil, çünki İstanbul həmişə əsrlərdir casusların yaşadığı bir şəhər olub. Üstəlik, Le Mejurierin İstanbulda qurduğu şirkətin – “Mayday Rescue” – bir loqosuna baxın: Yaxın Şərq və yekə bir üçbucaq. Üçbucaq da neftin olduğu hər bölgənin üzərində yerləşir. Sətiraltı mənası kifayət qədər açıqdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar