Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan MDB-nin gənclər siyasətinin inkişafında aktiv iştirak edir"

Bakıda MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclası keçirilib...

Rusiya Uşaq və Gənclər Təşkilatları Milli Şurasının sədri və eyni zamanda MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Şurasının sədri Qriqoriy Petuşkov çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, tədbirdə Belurus, Özbəkistan, Tacikistan və başqa MDB ölkələrindən nümayəndələr iştirak edir.

Gənclər və İdman naziri Azad Rəhimov isə MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclasının Bakıda artıq dördüncü dəfə keçirildiyini qeyd edib: "Budəfəki tədbir isə Azərbaycanın gənclər siyasəti üçün çox əlamətdar olan bir dövrə təsadüf edir. Belə ki, 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb. 25 illik fəaliyyətimiz dövründə Azərbaycanın gənclər siyasəti çox mürəkkəb inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, bu 25 il ərzində bir çox uğurlar əldə etmişik".

Nazir Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi nəticəsində gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb: "Gənclər ölkə əhalisinin 26 faizini təşkil edir. Buna görə də gənclərin inkişafı bizim üçün çox vacibdir. Azərbaycanda gənclər siyasəti üçün geniş hüquqi baza yaradılıb. 2002-ci ildən Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun qüvvəyə minib. Bundan başqa, Azərbaycan gənclərinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb. Hazırda 2017-2021-ci illər üçün üçüncü Dövlət Proqramı reallaşır. Bu il “Gənclər haqqında” qanunda bəzi dəyişiklər edilərək daha da müasirləşdirilib. 2013-cü ildən gənclər üçün təsis olunmuş Prezident mükafatı var. Ölkədə gənclərlə bağlı 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Son iki il ərzində ölkə Prezidenti tərəfindən Gənclər Fondunun fəaliyyət imkanları genişləndirilib. 2019-cu ildə milli gənclər siyasəti baxımından bir çox işlər görülüb, "Yüksəliş" layihəsi hazırlanıb".

A.Rəhimov deyib ki, Azərbaycan MDB-nin gənclər siyasətinin möhkəmlənməsi və inkişafında aktiv iştirak edir: “İkitərəfli müqavilələr nəticəsində biz tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirir və gələcəkdə də bu əlaqələrin daha da inkişaf edəcəyinə əminik".

Sonra Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Barovskaya, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və başqaları çıxış ediblər.

Tədbir çıxışlarla davam edib.

pia.az


Etiket: Azad Rəhimov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar