Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə monitorinq keçirən ATƏT nümayəndələri RİH başçısı ilə görüşüblər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir...

Monitorinq keçirmək üçün cəbhə bölgəsinə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

M. Məmmədov deyib ki, görüş zamanı ərazidə keçirilmiş sonuncu monitorinqdən sonra ermənilərin atəşkəs rejimini mütəmadi pozduğu ATƏT nümayəndələrinin diqqətinə çatdırılıb.

İcra başçısı onu da bildirib ki, görüşdə ermənilərin aparılan danışıqlara əhəmiyyət verməməsi və mütəmadi olaraq cəbhə xəttində gərginlik yaratması müzakirə olunub: “Son 6 ayda cəbhəyanı yaşayış məntəqələrində yerli sakinlərin məhsullarını becərməsi və yığımına təsadüf edilib. Bu müddətdə ermənilər həm yerli sakinləri hədəfə alıb, həm də Sərsəng su anbarının qarşısını kəsərək əkin sahələrinin suvarılmasına çətinlik yaradıb. Bunları da ATƏT nümayəndələrinin diqqətinə çatdırdım”.

ATƏT nümayəndələri qoşunların qarşıdurma xəttində monitorinq keçirmək üçün cəbhənin Borsunlu kəndi istiqamətinə yollanıblar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirirlər. (APA)

pia.az


Etiket: monitorinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar