Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda illik inflyasiya 2,6% olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2% artıb...

PİA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Təkcə bu ilin oktyabr ayında isə istehlak məhsullarının və xidmətlərin qiymətləri sentyabr ayına nisbətən 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% artıb.

İl ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, təzə balığın, hisə verilmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, pendirin, yoqurtun, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, meyvə şirəsinin qiymətlərində artım, makaron məmulatlarının, suda bişmiş kolbasanın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, yerkökünün, çuğundurun, göy lobyanın, balqabağın, mərcinin, şəkərin, qəhvə, çay və kakaonun, arağın, pivənin qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində isə qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, mebel və ev əşyalarının, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində artım, televizorların, kondisionerlərin, mobil telefonların, sementin, parketin, boyaların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının, avtomobillərin təmiri, restoran və kafelər tərəfindən göstərilən xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətləri artıb, mənzillərin icarə haqqı, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar