Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayraq gününə həsr edilmiş bayram tədbiri keçirildi - Nəsimi rayonunda

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirdi...

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan hərbi qulluqçu, polkovnik leytenant.Zaur Həmidov tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzuladı. Natiq onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik olmuşdur.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə və dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı gününün təsis olunması bunun bariz nümunəsidir. Ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələtəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirdi.

Daha sonra Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək tədbirdə iştirak edən hərbiçiləri təbrik edərək, onlara hərbi xidmətlərində uğurlar arzuladı. Qürur mənbəyimiz olan üç rəngli bayrağımızın tezliklə Qarabağın hər bir guşəsində dalğalanacağını əminliklə bildirdi.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı.
Daha sonra tədbir Milli Konservatoriya tərkibində Musiqi Kollecinin nağaraçılar qrupunun və xalq çalğı alətləri ansanblının, incəsənət ustaları- Şahin İsmayilovun, Rövşən Əzizin iştirakı ilə konsert proqramı ilə davam etdi.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar