Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Şabanov mediaya qapalı toy edir: Röya şəkil paylaşdı - Foto

Bu gün gənc və istedadlı müğənni Azad Şabanovun toyudur...

PİA.az xəbər verir ki, Azad şəxsi “İstagram” hesabında toy öncəsi evində baş tutan yığıncaqdan görüntülər paylaşıb.

Müğənni qardaşı Kamran, valideyinləri və yaxın qohumları ilə o ki var rəqs edib. Diqqətçəkən məqam isə Şabanovun ailə qurduğu xanımın şəkillərini paylaşmaması olub.

Aprel ayında nişanlanan sənətçi o zamanda birlikdə olan şəkillərini yaymaqdan çəkinib. O, yalnız beş aydan sonra, yəni avqust ayında nikah haqqında şahədətnamənin fotosunu yayımlayaraq, subaylığa əlvida dediyini göstərmişdi.

Hazırda paytaxtımızın dəbdəbəli restoranlarının birində Azad Şabanovun mediaya qapalı toy məclisi keçirilir.

Xalq artisti Röya Ayxan şəxsi “İnstagram” hesabında Azadla onun sevib, seçdiyi yarını təbrik edib. Röya Azadın gələcək həyat yoldaşının qolunun fotosunu paylaşaraq “Bəyimizin adamları toya hazırlaşır” şərhini yazıb.

Qeyd edək ki, 28 yaşlı müğənni Azad Şabanov Bakıda anadan olub. ATV kanalında yayımlanan “Yeni ulduz-7” musiqi yarışmasının ikincisi olub.

2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçimin yarımfinalçısı olub.

O, həmçinin özünü aparıcı kimi də sınayıb. “ATV Club” verlişinin aparıcısı olub.

pia.az

 

Fotolar




Etiket: Azad şabanov toy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar