Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib...
Hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)
pia.az