Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vilayəti Bakıda həbs olunsun” - Argentina hökumətinin Azərbaycana sensasion müraciəti

İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, 14-15 noyabrda Bakıda dini liderlərin beynəlxalq səviyyəli görüşü olacaq. İranı təmsil edən Əli Əkbər Vilayəti (Alí Akbar Velayati) də Azərbaycanda keçirilən tədbirdə iştirak edəcək

Musavat.com bildirir ki, Argentina hökuməti rəsmi qaydada Azərbaycana müraciət edib. Müraciətdə deyilir ki, Əli Əkbər Vilayətinin 1994-cü ildə Buenos Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında əli var.

Daha sonra qəzet müəyyən detalları açıqlayıb: Argentina Xarici İşlər Nazirliyi Buenos Ayresdəki Azərbaycan səfirini görüşə dəvət edib. Görüş zamanı Argentina rəsmiləri cənab Əli Əkbər Vilayətinin Azərbaycana səfəri ilə bağlı “ciddi narahatçılıq keçirdiklərini” dilə gətiriblər. Onlar bu məsələdə Azərbaycanı əməkdaşlığa səsləyərək Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və onun Argentinaya göndərilməsini xahiş ediblər.

İsrail qəzeti yazır ki, Argentina ona də əmindir ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirliyinin partladılmasında da İranın əli var. O vaxt 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı.

“The Jerusalem Post” yazır ki, 2007-ci ildən üzü bəri İnterpol üzərindən ən çox axtarışda olan məhz İran vətəndaşlarıdır. 2016-cı ildə Mövsum Rəbbani Kolumbiyaya rəsmi səfərə getməkdən imtina etdi. Çünki o, radikal islamçı kimi tanınır və Latın Amerikasında radikal İslamın yayılmasına can atır.

Argentina əvvəllər də, məsələn, 2016-cı ildə Sinqapur, Malayziya və Rusiyaya da oxşar müraciətdə bulunub. Amma heç bir ölkə Argentinanın bu kimi xahişinə müsbət cavab verməyib.

İsrail qəzeti xatırladır ki, Əli Əkbər Vilayəti İranın dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisidir.

pia.az


Etiket: Müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar