Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

67 dövlətin qatılacağı Dini Liderlərin Bakı Sammiti –Azərbaycana kimlər gəlir?  

Azərbaycanda 14-15 noyabr tarixində  keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə 67 dövləti təmsil edəcək 500 nümayəndənin iştirakı gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin 70 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək bu mötəbər toplantı  ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dəvətini qəbul edənlər sırasında BMT, İƏT, UNESKO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar var.

Cənubi Qafqazda miqyasına və tərkibinə görə seçilən beynəlxalq toplantının Bakıda baş tutması Azərbaycana bir sıra dividentlər gətirəcəyi şübhəsizdir. İlk növəbədə bu dövlət-din münasibətlərini özündə ehtiva edir.

Toplantı Azərbaycan dövlətinin yürütdüyü siyasətin humanist ampluasının əsas mesajlarını nüfuzlu ictmai və din xadimlərinə təqdimatı üçün yaxşı imkan yaradacaq.

Dəvət olunanların siyahısında ABŞ, Latın Amerikası, Avropa, Yaxın Şərq, Asiya, Afrika dövlətlərinin ictimai-siyasi, dini rəhbərlərinin, parlament və hökumət üzvlərinin adlarının olması zirvə görüşünün sambalını bir daha təsdiq edir. Bir sıra aparıcı dövlətlər  toplantıya böyük nümayəndə heyəti ilə qatılmağa hazırlaşırlar.  Onların tərkibində olan şəxslərin bir çoxu dünya və regional siyasətdə söz sahibi olmaları ilə tanınırlar. Həmçinin BMT, İƏT, UNESKO kimi mötəbər qurumların yüksək səviyyədə təmsilçiliyi sammitin ciddi platforma olmasını şərtləndirir.

Belə demək olarsa, Azərbaycan dünya dinlərinin “buketi”nə evsahibiliyi etməklə müxtəlif mədəniyyətləri birləşdirən xoşməramlı vasitəçi kimi çıxış edir. Belə vasitəçilik isə dövlətimizin regionda  aparıcı mövqeyini dünyaya nümayişinin bir fürsəti olacaq.

Sammit təkcə sırf dini məsələlər üçün nəzərdə tutulmayıb. Dəvətlilərin siyahısında sabiq dövlət başçılarının, nazirlərin, parlament rəhbərlərinin və deputatların olması onu göstərir ki, Bakı zirvəsində bugünkü dünyanın siyasi mənzərəsi və çağırışları müzakirə mövzusu kimi qaçılmaz olacaq. İsrailin və Tunisin sabiq Prezidentlərinin, Kolumbiya Senatının sədrinin, Səudiyyə Ərəbistanın xarici işlər üzrə sabiq dövlət nazirinin, Malazaiya Baş nazir ofisində dini məsələlər üzrə nazirin, Pakistanın Dini işlər və Dinlərarası Ahəng nazirinin, Senatının daimi komitə sədrinin, Rumıniyanın  dini məsələlər üzrə dövlət katibinin qatılacağı Sammitin palitrası bunu deməyə əsas verir.

Regiondakı böyük qonşularımızın da zirvə görüşündəki nümayəndə heyəti siyasi “baqajı” ilə seçilir. Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Maqomedsalam Maqomedovun, Prezident Administrasiyasının rəhbərinin müavininin, Federasiya Şurasının sədr müavininin, Çeçenistanın başçısı Ramzan Kadırovun, Kabardin–Balkar Respublikasının başçısı Kazbek Kokovun, Şimali Alaniya Respublikasının başçısı Vyaçeslav Bitarovun, Dağıstanın Milli Məclisinin sədrinin, Dağıstan milli siyasət və dini məsələlər üzrə nazirinin zirvə görüşündə iştirakı toplantının siyasi əhəmiyyətinin bariz göstəricisi sayıla bilər.

Bu baxımdan Türkiyə Böyük Millət Məclisinin deputatlarının, Diyanət İşlər bakanının, İƏT-in sabiq baş katibi Ekmeleddin İhsanoğlunun adları da iştirak edəcək qonaqların siyahısındadır.

Sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları nüfuzlu din və ictimai xadimlərin iştirakı ilə birgə müzakirə olunacaq.

Siyahıda adları əks olunmuş mötəbər qonaqların adları bunu deməyə əsas verir. Amerika qitəsindən tutmuş Afrikaya qədər səmavi dinləri təmsil edən nüfuzlu dini liderlər Bakıda cahanı qana çalxalamaq istəyənlərə qarşı vahid cəbhənin sarsılmaz gücünü göstərəcəklər.

Rusiya Patriarxı Kirilin, Çin Buddist Assosisiyasının vitse-prezidentinin, Misirin Baş muftisinin, Dünya Yevangelik alyansının icraçı direktorunun, Hindistan Parsi- Zərdüşti icmasının baş rahibinin (Mobadan mobad), Monqolustanın Xamba Lamasının, Vatikanın Pontifik Şurasının islam ilə dialoq departamentinin rəisinin, Bütün Belarusun Patriarxı Pavelin çıxışları bu baxımdan mühüm jest olacaq.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin, BMT Baş katibinin köməkçisinin, İSESKO, UNESKO rəsmilərinin sammitdə yer almaları Bakıdakı gündəliyin sıx və maraqlı olacağını vəd edir.

Müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək.

Ölkəmizdə hökm sürən sabitliyin və tolerant cəmiyyətin şahidinə çevriləcək sammit iştirakçıları Azərbaycanın bu yöndə yürütdüyü effektli siyasətin aspektlərini müzakirə etmək imkanlarını da əldə edəcəklər.

Din və dövlət münasibətləri üçün vacib olan etimad bu gün dünyanın bir sıra ölkələrinin üzləşdiyi əsas problemlərdən birinə çevrilib: Ziddiyyətli qütblərdə dayanan bu iki müstəvinin əməkdaşlıq platformasının yaranması üçün “həyat iksiri” nədədir? Qarşılıqlı anlaşmaya necə nail olmalı? İnsanlara əzab verən milli-dini zəmində qarşıdurmaların qarşısını ala biləcək təsirli addımlar bu sualların cavabında gizlənir.

Bakı Sammiti Azərbaycanın tolerantlıq və birgəyaşayışın təcrübədən keçmiş modelini dünyaya təqdim edərək, bu sahədə axtarılan cavabların bir “açarı”na çevrilə bilər. Sammitə gələnlər bu bu mürəkkəb cografiyada müxtəlif dinlərə sitayiş edən insanların necə vəhdətdə yaşadığını əyani görmək imkanı əldə edəcəklər.

Odur ki, zirvə görüşü ölkəmizin dinlərarası əməkdaşlığın və tolerantlığın pozitiv təcrübəsini dünyaya yaymaq üçün bir platforma sayıla bilər. (Modern.az)


Etiket: Sammit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar