Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd: “ABŞ Suriyadakı neft yataqlarını talayır”

“ABŞ Suriyadakı neft yataqlarını talamaqla məşğuldur, bu Amerika siyasətində görünməmiş nümunədir”

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

Qeyd edək ki, Suriyda neft istehsalının 90 faizə yaxın hissəsi Fərat çayının şərq sahilində cəmləşib. Bu ərazi əvvəllər İŞİD-in dayaq nöqtəsi və əsas gəlir mənbəyi olub. Buraya hazırda ABŞ müttəfiqi, “Suriya demokratik qüvvələri” (SDF) adlandırılan kürd silahlı dəstəsinin nəzarəti altındadır. Daha əvvəl Pentaqon nümayəndəsi Ret Hoffman bildirmişdi ki, Suriya neftindən gələn qazanc amerikalılara deyil, kürdlərə gedir.

“Biz, əlbəttə buna hiddətlənirik, bütün Suriya xalqı hiddətlənir. Bu, əsl talandır, burda nə beynəlxalq qaydalardan, nə də beynəlxalqdan hüquqdan söhbət gedə bilər. Özü də bu, yeni hadisə deyil və təkcə hərbi dövrü əhatə etmir”, - Əsəd bildirib.

Əsəd vurğulayıb ki, amerikalılar hər zaman bu və ya digər yollarla onların təkcə neftini deyil, pulunu və ümumiyyətlə maliyyə resurslarını, həm də siyasi və digər hüquqlarını əllərindən almaqla başqa ölkələri talana məruz qoymağa çalışıblar: “Ən azı İkinci Dünya müharibəsi bitəndən üzü bəri onların tarixdəki rolu bundan ibarətdir. Buna görə də burda yeni heç nə yoxdur və onların bu əməlləri nə qəribə görünür, nə də əvvəlki siyasətlərindən fərqlənir. Sadəcə olaraq, ABŞ-ın metodları zaman-zaman yeni forma alır”.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Vaşinqton hər ay Suriyadakı neft hasilatından 30 milyon dollar qazanc əldə edir. (apa)
 
pia.az


Etiket: Bəşər Əsəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar