Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir müxalifət partiyası seçkini boykot qərarı verdi

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keşirilib. İclasda ölkədəki mövcud-ictimai siyasi vəziyyət, bələdiyyə seçkiləri, təşkilatı və cari məsələlər müzakirə olunub

Partiyadan axil olan xəbərə görə, birinci məsələ ətrafında geniş məruzə edən VİP sədri Əli Əliyev ölkədə yaranmış durumu ətraflı təhlil edib. O, rəsmi təbliğatda “islahat” kimi qələmə verilən dəyişikiliklərin imitasiyadan başqa bir şey olmadığını vurğulayaraq, hakimiyyətin real islahatlara getmək niyyətinin görünmədiyini deyib. Ə.Əliyev VİP-in real müxalifət qüvvələri arasında əməkdaşlığın hər zaman tərəfdarı olduğunu qeyd edərək, indiki şəraitdə cəmiyyətdəki narazı kəsimin təşkilatlandırılmasının vacibliyini önə çəkib. VİP sədri ölkə iqtisadiyyatında neqativ tendensiyaların davam etdiyini bildirərək, neftdən asılılığın aradan qaldırılması istiqamətində əsaslı addımların atılmadığını, əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəlik tədbirlərin yetərsizliyini diqqətə çatdırıb.

VİP-in bələdiyyə seçkilərində iştirakına dair fikirlərini bildirən Məclis üzvləri ölkədə seçki mühitinin dəyişməz qaldığını əsas götürərək, partiyanın bələdiyyə seçkilərində iştirak etməməsi haqqında qərar qəbul ediblər.

İclasda VİP sədrinin təqdimatı ilə partiyanın Siyasi Şurasında yaranmış vakansiyalara namizədlər irəli sürülərək, təsdiqlənib. Məclis VİP Mərkəzi Aparatının yenidən formalaşdırılması üçün Ə.Əliyevə və VİP Siyasi Şurasına müvafiq səlahiyyət verib. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar