Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladı orta məktəbdə oxuyanların nəzərinə

Rəsmi məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir

Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir çox məktəblərdə şagirdlərə isti yeməklər təklif olunur.

Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır: 

İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu.

Bir gün əvvəl hazırlanmış qida.

Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd  təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.

İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).

İçalatı təmizlənməmiş quş.

Vəhşi heyvanların əti.

Suda üzən quşların yumurtası və əti.

Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.

Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

Termiki emala məruz qalmayan yaxıl noxud.

Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.

Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.

Kremli şirniyyat məmulatları (piroq və tortlar).

Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.

Ev şəraitində hazırlanmış qatıq.

Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).

Termiki  emala məruz qalmayan içkilər və morslar, kvas.

Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadımamış süd.

Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.

Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.

Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.

Istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.

Təbii kofe, alkoqollu, energetik içkilər.

Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.

Qazlaşdırılmış içkilər.

Bitki yağları əsasında süd məhsulları və dondurma.

Saqqız,çipslər.

Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və türş süd məhsulları.

Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.

Yumurtalı makaronlar, qayğanaq.

Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər. (modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar