Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov: "Torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı..."

İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır

PİA.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir bildirib: "Əlbəttə, Antalya Kommünikesində də əks olunduğu kimi hamımız etiraf etməliyik ki, İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır.

Yerindəcə mövcud olan təhdidedici reallıqlar həllini tapmalıdır ki, ölkələrimiz arasında daha çox əməkdaşığa imkan yaransın.

Həmçinin kommünikedə əks olunmuş digər mühüm bir müddəa mövcud münaqişələr və birgə təhdidlər də daxil olmaqla bölgədəki digər təzyiqlərin qarşısını almağı nəzərdə tutur.

Təəsüf ki, bu sadəcə reallığın siyasi şəkildə əks olunması deyil, həmçinin bölgəmiz üçün iqtisadi imkanların itirilməsi deməkdir. Məsələn, əgər torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı, o zaman İran və Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəmiz ola bilərdi.

Bu münasibətlər həmrəylik prinsiplərinə əsaslanırlar və bu daha da güclənməlidir. Siyasi və hərbi təhdidlər, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil. Buna görə 2017-ci il İslamabad Sammitinin Bəyannaməsində bu mövzu ilə əlaqədar vurğulanan məqamlar İƏT üzv dövlətlərinin öz milli və regional fəaliyyətlərində aktuallaşdırılmalıdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar