Çərşənbə, 08 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: “İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq”

“Əminəm ki, qısa zaman kəsiyində üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq...”

“Ölkə başçısının 2009-cu ildə sərəncamıyla bayrağımızı geniş şəkildə təbliğ etmək, onun ucalığını qoruyub saxlamaq üçün ən uca yerlərdə Bayraq Meydanları yaradıldı”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Azərbaycanın Dövlət Bayrağı Günü haqda danışarkən deyib. 

Millət vəkili bayram münasibətilə hər bir vətəndaşımızı təbrik edib:

“Bayraq Azərbaycan dövlətinin ən mühüm atributudur, bizim qürur mənbəyimizdir, dövlətçiliyimizin və müstəqilliyimizin simvoludur. Bayraq digər rəmzlərdən fərqli olaraq dünya miqyasında və eyni zamanda Azərbaycanda daha populyardır, dövlətçilik rəmzi kimi öndədir. Ölkəmizə düyanın ən aparıcı dövlətlərinin başçıları səfər edəndə onlar Azərbaycan bayrağıyla bəzədilmiş meydanda qəbul edilir, eyni zamanda  Azərbaycan bayrağı önündə təbii ki, həmin dövlətin də bayrağı olmaqla ilk görüşlər başlayır. Həmçinin ölkə başçımız xarici səfərləri zamanı Azərbaycan bayrağının qarşısında ayrı-ayrı dövlətlərdə və beynəlxalq təşkilatlarda ilk görüşlərinə başlayır. 
Bayrağımız çox böyük çətinliklərdən sonra Azərbaycanın müstəqilliyi üzərində dalğalanmağa başladı və bildiyimiz qədər Azərbaycan Cümhriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağımız, sovet imperiyasının, bolşeviklərin işğalı nəticəsində tarixin arxivinə göndərildi. Sonradan Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayarkən ilk dəfə ona rəsmi status verdirən ulu öndərimiz Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci yığıncağında sovet bayrağı endirilərək onun yerinə üçrəngli bayrağımız sancıldı. Eyni zamanda, Azərbaycan Ali Sovetinə tövsiyə edildi ki, bayrağımız Azərbaycanın rəmzi kimi qəbul edilsin. Müstəqillik əldə etdikdən sonra bayrağımız Birləşmiş Millətlət Təşkilatıyla yanaşı, digər dövlətlərin bayrağıyla birlikdə dalğalandı. 

Bu gün də Azərbaycan bayrağı dövlət təşkilatlarında çox ciddi əhəmiyyət kəsb edən yerlərdə dalğalanır. Ölkə başçısının 2009-cu ildə sərəncamıyla bayrağımızı geniş şəkildə təbliğ etmək, onun ucalığını qoruyub saxlamaq üçün ən uca yerlərdə Bayraq Meydanları yaradıldı. Bakıda yaradılan Bayraq Meydanı böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşdü. Biz hər zaman ona baxanda böyük fərəh hissi keçiririk. Həmçinin Bayraq Meydanında dövlət himnimizin sözləri yazıldı, muzey yaradıldı və ölkəmizin bütün rayon mərkəzlərində də belə Bayraq Meydanları yaradıldı. Son olaraq aprel döyüşlərində daha bir qürurverici hadisənin şahidi olduq ki, o da əsgərlərimizin Lələ təpəyə üçrəngli bayrağımızı sancması oldu. Əminəm ki, qısa zaman kəsiyində üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq və Azərbaycanın ərazi bütövlüyünün rəmzi kimi bir daha qürur mənbəyimizə çevriləcəkdir. Bayramımız mübarək olsun!”

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

Xoşqədəmlə Doğuş sərt karantin rejimində "Azərbaycan səyahəti" - Video

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir? -İddia

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

"Özü qudurğandır, ona görə elə yazıb" - Xalq artisti qəzəbləndi

Vilayət Eyvazov Vilayət Allahverdiyevə yüksək vəzifə verdi

“Qayınanasının əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin”

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - Fotolar

Mehdiyev sükutu pozdu: "Ramiz Mehdiyev mövzusu onlara..."

“Qorxaq. Bunun başqa adı yoxdur” – İlham Əliyevdən sərt açıqlamalar

loading...

Ən çox oxunanalar