Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsrarəngiz "Tanqo şousu" -  Bakı metrosunda

“Bakı Metropoliteni” QSC-nin təşkil etdiyi müxtəlif sosialyönümlü layihələr həmişə sərnişinlərin marağına səbəb olub...

Bu gün saat 17:00-da “İçərişəhər” stansiyasında təşkil edilən tədbir şəhər sakinləri və qonaqlarına əyləncəli dəqiqələr yaşadıb. Tədbirin əvvəlində Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunelya, xidmət şöbəsinin rəisi Lalə Babayeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, onlara xoş istirahətlər arzulayıblar.

Səfir Qunelya Bakı metropoliteni tərəfindən keçirilən bu tədbirin iki ölkə arasında mədəni, sosial əlaqələrin möhkəmləndirilməsi və inkişafı, həmçinin ecazkar tanqo rəqsinin təbliği baxımından çox əhəmiyyətli bir sosialyönümlü layihə olduğunu bidirib. O, Argentinadan gələcək ulduz rəqs ustalarının iştirakı ilə Bakıda böyük tanqo festivalı ərəfəsində bu tədbirin metro stansiyasında keçirilməsinə yaratdığı şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə dərin minnətdarlığını bildirib. Lalə Babayeva tanqonun Azərbaycanda sevildiyini qeyd edərək, Bakı metropolitenində təşkil edilən sosial yönümlü tədbirlər sırasında bu layihənin də xüsusi yer tutacağını qeyd edib.

Bəxtiyar Məmmədov Bakı metropoliteni işçilərinin peşə bayramı günündə belə bir təşəbbüslə çıxış edərək, sərnişinlərə ecazkar tanqo sədaları və rəqqasların iştirakı ilə musiqili anlar bəxş etdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, son bir ildə “United Cultures” təşkilatının dəstəyi ilə keçirilən bu sosial yönümlü aksiyalar dünyada xalqların, mədəniyyətlərin inteqrasiyasına bir töhfədir. Xüsusən peşəkar tanqo ifaçılarının həvəskarlara verəcəyi tövsiyələr də izsiz ötüşməyəcək.

Qeyd edək ki, noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində metro stansiyada keçirilən tanqo şousu tamaşaçıların böyük marağına səbəb olub.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edilib.(Yenisabah.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar