Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar - Foto

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu açıqlanıb...

Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev APA-ya bildirib ki, atasının durumu hələ də ağırdır: “Süni nəfəs aparatından ayrılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəlləyiş yoxdur”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

“Ehtiyatlı ol, Zakir Fərəcov, Adil Vəliyev səni öldürərlər” - Aslan İsmayılov

Toylara icazə verilməsi bu şərtlərlə mümkündür - Şərtlər

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"

Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir

loading...

Ən çox oxunanalar