Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ABŞ kart sistemindən çıxır - Dünya maliyyə sistemində nələr dəyişir?

“Visa” və “MasterCard” sistemlərinin əhatə dairəsinin böyük həcmdə kiçilməsi dolların dünyadakı mövqeyinə təsiri ola bilərmi?..

İqtisadçı: “Amerika ödəniş sistemləri bütün dünyanı çoxdan əsarəti altına alıb desək yanılmarıq”

“Tədricən dünyadakı böyük güclərin və həmçinin ölkə birliklərinin öz ödəniş sistemlərini yaratmaları bir trendə çevrilərsə ABŞ-ın maliyyə hegemoniyasından azad olmaq olar”

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova Avropa Birliyinin “Visa” və “MasterCard” nağdsız ödəniş sistemindən imtina edərək Birliyin yeni ödəniş sistemini yaratmasını PİA.az-a şərh edərkən deyib.

Avropa Birliyi “Visa” və “MasterCard” nağdsız ödəniş sistemindən imtina edərək Birliyin yeni ödəniş sistemini yaradır. Daha əvvəldə Çin və Rusiya da daxil olmaqla bir sıra ölkələrr ABŞ-ın bütün dünyanı saran bu ödəniş sistemindən imtina edərək özlərinin ödəniş sistemlərini yaradıblar.

Avropa Birliyinin də ABŞ kart sistemindən çıxmasını nəylə izah oluna bilər və bu dünya maliyyə sistrminə necə təsir edəcək? Həmçinin “Visa” və “MasterCard” sistemlərinin əhatə dairəsinin böyük həcmdə kiçilməsi dolların dünyadakı mövqeyinə təsiri ola bilərmi və ABŞ iqtisadiyyatına “Visa” və “MasterCard” sistemlərinin zəifləməsi hər hansı təsiri olacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadşı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: ““Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin payı Rusiyada bütün ödəniş kartlarının 95%-ni təşkil etdiyi halda, Avropada da vəziyyət o qədər də ürəkaçan deyil və 86% təşkil edir”.

“Amerika ödəniş sistemləri bütün dünyanı çoxdan əsarəti altına alıb desək yanılmarıq. “Retail Banking Research” məlumatlarına görə, hazırda dünyada 2,2 milyard “Visa” və 1,9 miyard “MasterCard” mövcuddur. O cümlədən, “American Express” kart da kifayət qədər populyarlıq qazanıb, hansı ki, hazırda dünyada bu kartdan 70 milyon ədəd istifadə olunur.

Düşünürəm ki, bu sayla rəqabət aparmaq o qədər də asan olmayacaq. Məsələn, son zamanlarda Amerika ilə müəyyən qədər rəqabət apara biləcək Çinin “Union Pay” kartını göstərmək olar, hansı ki, dünya üzrə sayı 3,5 milyard ədəddir. 2017-ci ilə olan məlumatlara görə, “Union Pay” dünyadakı bütün ödəniş kartlarının 44%-ni təşkil edir. Çin ödəmə sistemi əsasən Asiya ölkələrini əhatə ediyi üçün, bu kartın sayının çox olmasını bölgədəki əhali sıxlığı ilə əlaqələndirmək olar. Hazırda isə, Avropa banklarının “Visa” və “MasterCard” ödəniş sistemindən imtina edəcəkləri bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, minimum 25 kredit təşkilatının AB üçün vahid ödəniş sisteminin yaradılması üzərində çalışdığı bildirilir. Mövcud Amerika sistemini əvəzləməsi üçün “Pan-Europe Payment System Initiative” (PEPSI) layihəsi üzərində iş getdiyi deyilir. Yenə də, qeyri-rəsmi mənbələrdə, vahid ödəniş sisteminin yaradılmasına ən çox Fransa banklarının və Almaniyanın “Deutsche Bank”ın cəlb olunduğu qeyd edilir.

Vüsalə Əhmədova: “ABŞ şirkətlərinin AB-də nağdsız ödənişlər bazarına nəzarət etməsi bu cür bir şəraitdə risk daşıyır”.

Bəllidir ki, Avropanın bu qərarı siyasi bir qərardır. Eyni addımı daha öncə Rusiya ilə Çin də atmışdı və onların bu addımı ABŞ sanksiyaları ilə əlaqələndirildi. Sanksiya təzyiqlərindən sonra Rusiya maliyyələrini ABŞ nəzarətindən azad etmək üçün özünə məxsus “Mir” ödəniş sistemini yaratdı. Hazırda əsasən Viyetnam, Tayland, Çin və bəzi Asiya ölkələrində istifadə olunur.

Qlobal plastik kart bazarında bu kartın payı hələ ki, əhəmiyyətsiz görünür, lakin tədricən “Mir” kartı qəbul edən ölkələrin sayının artacağı gözlənilir. Məsələn,Türkiyədə və yaxın gələcəkdə də MDB ölkələrində tətbiqi gözlənilir. Venesuela mərkəzi bankı ümumiyyətlə ölkədə “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən istifadəyə qadağa qoymaq qərarına gəlib. Lakin AB-nin Amerikanın sanksiya təzyiqinə məruz qalmadığı bir şəraitdə bu addımı atmasına, ABŞ hegemoniyasına son qoymaq kimi dəyərləndirmək olar. “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin payı Rusiyada bütün ödəniş kartlarının 95%-ni təşkil etdiyi halda, Avropada da vəziyyət o qədər də ürəkaçan deyil və 86% təşkil edir.

Formal olaraq sanksiyalar təzyiqinə məruz qalmayan Avropanın bu addımı atması ilk baxışda maraq doğura bilər. Ancaq, kim deyə bilər ki, AB ölkələrini gələcəkdə ABŞ sanksiyaları gözləmir. Bildiyiniz kimi, AB-nin Çin və Rusiya ilə işgüzar münasibətləri mövcuddur.

Vüsalə Əhmədova: “AB ödəmə sisteminin yaradılması Avropanın ABŞ-dan və gələcəkdə də Çindən asılılığını aradan qaldıra bilər”.

Bununla yanaşı, ABŞ “Şimal axını” layihəsinə investisiya qoymağı AB-nə qadağan etdi. ABŞ şirkətlərinin AB-də nağdsız ödənişlər bazarına nəzarət etməsi bu cür bir şəraitdə risk daşıyır. Sanksiya risklərindən və Amerika şirkətləri vasitəsi ilə olunacaq təzyiqlərdən qurtulmaq üçün AB-nin bu addımı atmaq qərarına gəlməsi doğrusu gözləniləndir.

Donald Trampın yürütdüyü sərt siyasət də bu prosesə bir növ təkan verdi deyə bilərəm. AB ödəmə sisteminin yaradılması Avropanın ABŞ-dan və gələcəkdə də Çindən asılılığını aradan qaldıra bilər. Siyasi səbəblə yanaşı, ABŞ hökmranlığından qurtulmağın sırf iqtisadi tərəfləri də var. ABŞ öz ödəmə sistemlərindən istifadə şərtlərini diqtə edərək Avropa banklarını (kart emitentlərini) müxtəlif pozuntulara görə milyardlarla dollar cərimə ödəməyə məcbur edir. ABŞ-ın bu yay İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün İngiltərə, Fransa və Almaniya artıq İranla öz nağdsız əməliyyat mexanizmi olan INSTEX-i işə saldı. Avropa banklarının öz ödəniş sistemlərinin var olması, bir çox Avropa bankının zəif gəlirliliyi səbəbindən ehtiyac duyduqları yeni gəlir mənbəyi əldə etmələrinə imkan verəcək. Tədricən dünyadakı böyük güclərin və həmçinin ölkə birliklərinin öz ödəniş sistemlərini yaratmaları bir trendə çevrilərsə ABŞ hegemoniyasından azad olmaq olar”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar