Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəlsəfə doktorundan ikiarvadlılığa dəstək: “Mən ikinci arvaddan doğulan uşağam”

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin (Əlihüseynli) “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub...

Sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb.

Rusiyadan qızının atasının arxasınca gələn Svetlana adlı rus qadının ailə dramı müzakirəyə çıxarılıb. Svetlananın axtardığı Yusifin isə xalası qızı ilə evli olduğu ortalığa çıxıb. Ekspert qismində iştirak edən fəlsəfə doktoru S.Tağıyev verilişdə “Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar” deməsi tamaşaçılar tərəfindən etirazla qarşılanıb.

O, dilə gətirdiyi sözlərlə ikiarvadlılığı dəstəkləmiş olub. Canlı efirdə tamaçıların hay-küyünü görən alim ailəsi haqqında ağılları qarışdıracaq açıqlamalar verib:

“İki arvadla yaşayan azərbaycanlı kişilər az olub? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nə olub? Göydən daş düşməyib ki?”

Alimin bu sözləri proqramın aparıcısı Xoşqədəm Hidayətqızını heyrətləndirib. Sosial şəbəkə əhli isə fəlsəfə doktoru Sabir Tağıyevin bu fikirlərinin yanlış olduğunu yazaraq, onu tənqid ediblər.(yeni sabah)

pia.az


Etiket: Sabir Tağıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar