Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə TV verilişləri, qorxu və enerji içkiləri ürək xəstəliyini “cavanlaşdırıb” 

Həkimlər həyəcan təbili çalır...

Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir”.

PİA.az bildirir ki, bunu trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: “Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır”.

İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb: “Neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər”.

G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var:

“Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar