Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cəfər Cabbarlı” stansiyasını 2020-ci ilin yayında təhvil verməyi düşünürük"

Metropoliten rəsmisi C.Cabbarlı stansiyasında görülən təmir və yenidənqurma işlərindən danışıb...

“Cəfər Cabbarlı” metro stansiyası çox unikal stansiyadır. Dünyanın heç bir metrosunda belə bir stansiya yoxdur. Belə ki, onun bir yolu “28 May” stansiyasının bir tərəfində, ikinci yolu isə o biri tərəfindədir. Arasında da keçid üçün xeyli məsafə var. SSRİ dövründə tikilən metropoltenlərdən iki xəttin bir müstəvidə kəsişməsi yalnız Bakıda olub”.

Bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu isə “Bakı Metropoliteni”, onun inkişafı, gələcək sərnişin daşımada qatarların intensivliyinin çoxaldılması üçün çox böyük bir problemdir: “Bu problemin həlli istiqamətində də layihələrimiz var. Amma bu gün biz “Cəfər Cabbarlı” stansiyasını olduğu kimi təmir edirik. Həm sərnişin platforması, həm də orta zal - burada olan beton plitələr, beton dirəklər və s. tamamilə sökülüb yenidən qurulur. Yolun divarı da həmçinin sökülərək yenidən qurulub. Çünki burada havalandırma yox idi, biz havalandırma kanalları yaradırıq. Bütövlükdə stansiyanı çox effektiv havalandırma sistemi ilə təmin edirik. Bu isə imkan verəcək ki, rütubət və digər səbəblərdən metronun ömrü qısalmasın. Həmçinin burada stansiyanın işıqlandırılma sistemi də yenidən qurulur".

Bu stansiyanın digər yolunda havalandırma şaxtası yenidən qurulur və ora yeni ventilyatorlar alınıb. Həmçinin “28 May” stansiyasının yolu ilə birbaşa kollektor açılır ki, qatarların gediş-gəlişində hava axını mübadiləsi olsun. Bir sözlə bu stansiyada təxminən “Şah İsmayıl Xətai”də gördüyümüz mənzərəni görəcəyik. “Cəfər Cabbarlı” stansiyasını 2020-ci ilin yayında təhvil verməyi düşünürük”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar