Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası: "Qarabağ" Kiprdə APOEL-ə uduzub - Yenilənib- 5

"Qarabağ" uduzdu...

 

"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı "GSP Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Digər tərəfdən, "Qarabağ" 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik "Qarabağ"la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenən İspaniya "Sevilya"sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik "Düdelaj" isə qrupda sonuncu pilləyə enib.

***

APOEL "Qarabağ"la oyunda hesabda irəli çıxıb.

"Report"un məlumatına görə, meydan sahibləri qarşılaşmanın 88-ci dəqiqəsində ikinci qolu "Qarabağ"ın qapısından keçiriblər - 1:2

***

"Qarabağ" - APOEL oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Lucas Souza qarşılaşmanın 59-cu dəqiqəsində topu "Qarabağ"ın qapısından keçirib. APOEL - "Qarabağ" - 1-1

***

"Qarabağ" - APOEL oyununun ikinci hissəsi başlayıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi qarşılaşmanın birinci hissəsinin 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev fərqlənib - APOEL - "Qarabağ: 0-1.

***

"Qarabağ" APOEL-lə oyunda fasiləyə hesabda öndə yollanıb.

"Report"un məlumatna görə, Ağdam təmsilçisi qarşılaşmanın birinci hissəsinin 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev fərqlənib - APOEL-"Qarabağ: 0-1

***

"Qarabağ" APOEL-lə oyunda hesabı açıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi oyunun 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib.

pia.az


Etiket: Qarabağ APOEL

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar