Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman tələbə yataqxanaları ilə bağlı məsələ qaldırdı

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr davam etdirilib...

Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub.

Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, rəhbəri olduğu qurum tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib.

Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların hazırlanmasına ehtiyac var.

“Həmçinin, ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb”, - deyə o əlavə edib.

Deputatlar sənədin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar