Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmsəddin Xanbabayevə qarşı korrupsiya ittihamı - "Amma xahiş edirəm deyilənlərə inanmayın..."

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş Şəmsəddin Xanbabayevin adı korrupsiyada hallanır...

Sosial şəbəkə istifadəçisi Ceyhun İbrahimlinin iddialarına görə, Ş.Xanbabayev başçı olduğu dövrdə hər ay vətəndaşlara məxsus 125 min manat vəsaiti mənimsəyib:

“Hər rayona Prezident Aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nın direktoru Qalibin, “DOST” mərkəzi Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyənin rəisini çağırıb deyib ki, “mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, vallah-billah kartlar Şəmsəddin Xanbabayevdədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur, son olaraq 250 manat yüklənirdi. Deməli aylıq təxminən 125 min manat tək başçıya çatırdı. Xaçmazda ölü canların axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.

Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi şimali Qafqaz kurortlarının birinə istirahətə gedib. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur”.

Hazırda Dağıstanda olduğunu bildirən sabiq başçı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib:

“Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.

Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb:

“Harada idi o pul? (gülür) Allaha and olsun birinci dəfədir belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

Noyabrın 2-də isə Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar