Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Gülalıyevin xanımı Heydər Əliyev Fonduna təşəkkür etdi - Video

Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev Fondu tərəfindən ayrılmış ambulans təyyarə müvəffəqiyyətlə Türkiyəyə çatıb...

Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku Tv-yə açıqlama verib:

“Mən ora getdim, xəstəni gördüm, bəzi təkliflər verdim. Sonra xəstə yaxınlarının buraya gəlməyə üstünlük verməsi nəticəsində Heydər Əliyev Fondunun dəstəyilə lazımi şərait yaradıldı. Xüsusi təyyarə ilə kritik şərtlər altında İstanbula gəldik”.

Hüquq müdafiəçisi O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib:

“Xəstə artıq əməliyyat olunub. Yaxşı ki Heydər Əliyev Fondu bunu öz üzərinə götürdü və biz onu Türkiyəyə gətirdik”.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku TV-yə son məlumatları da çatdırıb:

“Müalicə deyil, baxım mərhələsindəyik. Müalicə onun əməliyyat olması idi. Əməliyyatdan sonra onun beyninin zərər görmüş hissəsini sağaltmağa çalışacağıq. Bir az vaxta ehtiyacımız var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Bu gün o, türkiyəli mütəxəssislərin iştirakı ilə İstanbula aparılıb və orada əməliyyat olunub.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar