Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib...

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

PİA.az xəbər verir ki, tədbirdə Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar artist Zemfira Sadıqova, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı xalq yazıçısının yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.

Tədbirdə yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası, İsmayıl Şıxlı haqqında xatirələrini qonaqlarla bölüşüb.

"Dəli Kür" filmindəki Mələk obrazı ilə yaddaşlarda qalan Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilk və uğurlu işidir. Sonra çıxış edən natiqlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Sonda İsmayıl Şıxlının kitablarından və şəkillərindən ibarət sərgi nümayiş olunub. (Milli.Az)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar