Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin tənqidi zamanı icra başçısının ürəyi getmişdi” – Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı müsahibə verib...

- Müxalifət dünən Müsavat Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirdi. Bu tədbir müxalifətin birliyinə doğru ilk addım hesab edilir. Sizcə, doğrudan da belədir?

- Müxalifətin keçirdiyi dəyirmi masa barədə mətbuatdan xəbər tutdum. Bu məlumatlar məhdud idi, daha geniş xarakter daşımırdı. Məlum oldu ki, tədbirdə daha çox müxalifətin radikal qanadı təmsil olunurdu və mövcud ictimai-siyasi vəziyyət müzakirə edilirdi.

Bu tədbirdə daha çox radikal müxalifətin maraqları önə çəkildi. Eyni zamanda radikal müxalifəti təmsil edən şəxslər ölkədə ciddi dəyişikliklərin vacibliyindən danışdı. Şəxsən mənim üçün qaranlıq qaldı ki, ölkədə ciddi dəyişikliklərin getdiyi bir zaman kəsiyində radikal müxalifətin təmsilçiləri daha hansı dəyişiklikləri istəyirlər.

Dəyirmi masa daha çox giley-güzar xarakteri daşıyırdı. Ona görə də cəmiyyətin diqqətini cəlb edə bilmədilər. Çünki ölkə Prezidenti mövcud problemlərin üzərinə getməkdədir. İslahatlar geniş miqyas alıb və sistemli xarakter daşıyır. Ona görə də bu dəyirmi masanın ictimai rəyə ciddi təsir göstərəcəyini, ciddi nəticələr verəcəyini düşünmürəm. Hətta mediada bu tədbirlə bağlı yayılan məlumatlar da dediklərimizi sübut edir. Yəni, radikal müstəvidə dayanan partiya rəhbərlərinin fikirləri rezonansa səbəb olmadı. Bu da sübut edir ki, tədbir cəmiyyət tərəfindən maraqla qarşılanmayıb.

- Dəyirmi masaya sabiq səhiyyə naziri Əli İnsanov da qatılmışdı. Sabiq nazirin artıq müxalifətlə bir sırada dayanması onların gücünə güc qatacaqmı?

- Əli İnsanovun ora dəvət olunması maraq doğururdu. Əlbəttə ki, bu onun hakimiyyətə qarşı kəskin və qərəzli fikirləri ilə bağlıdır. Radikal müxalifətə Əli İnsanov kimi fiqur lazımdır ki, iqtidara qarşı mübarizəyə əlavə tünd boyalar vura bilsinlər. Baxmayaraq ki, həmin şəxslərin hər biri Əli İnsanov iqtidarda olduğu dövrdə onun tərəfində kəskin təhqir edilib.

Onlar ümid edirlər ki, Əli İnsanovun arxasında qərbi azərbaycanlılar var. O da regionçuluğu yeri gəldi gəlmədi şişirdir. Buna inanan radikal müxalifət də onun sosial bazasından istifadə etməyə çalışır. Amma tam əminliklə deyirəm ki, bu gün Əli İnsanovun yanında onun qohumundan başqa kimsə yoxdur. Qərbi Azərbaycandan olan nüfuzlu və yanınmış şəxslərin heç biri Əli İnsanovun yanında deyil.

Radikal müxalifət Əli İnsanovun maliyyəsindən də istifadə etməyə çalışacaq. Amma İnsanov o düşüncənin sahibi deyil ki, illərlə yığdığı vəsaitdən müxalifətə xərcləsin. Əksinə, o, radikal müxalifətin imkanlarından bəhrənlənəcək. Bununla belə, onun nə deməsindən asılı olmayaraq nüfuzu heçə bərabərdir, sosial dayaqları, siyasi təcrübəsi yoxdur hikkəlidir, eyni zamanda qisasçıdır. Təbii ki, bunlar xalq tərəfindən olduğu kimi dəyərləndirilib. Ona görə əminliklə deyirəm ki, Əli İnsanovun siyasətdə yeri yoxdur. O, heç bir uğur qazanmayacaq.

- Hər zaman yerli əhali, ayrı-ayrı şəxslər yerli icra başçılarından şikayətlər edirdi. Amma son vaxtlar prezident İlham Əliyev özü də bir sıra icra başçılarını sərt tənqid etməyə başlayıb. Sizin fikrinizcə, buna səbəb nədir?

- Ölkə Prezidenti icra başçıları ilə bağlı keçirdiyi müşavirələrdə, iclaslarda onların səhvlərini həmişə dilə gətirib. Hətta mənin yadıma gəlir ki, 4-5 il əvvəl Biznes Mərkəsizndə keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərini söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birini ürəyi gedib.

Yəni, nöqsanlar zaman-zaman deyilib. İndiki situasiyaya gəlincə, ciddi islahatlar gedir və təbii ki, bu dalğa idarəetmədən də yan ötmür.

Prezidentin imzalamış olduğu bütün sənədlərin icrasını icra strukturları yerinə yetirir. Onların da fəaliyyətində nöqsanlar var. Əlbəttə bu gün dövlətçiliyə xidmət edən icra başçıları da var. Mən onların adlarını çəkmək istəmirəm. Amma zamanın çağırışlarına cavab verməyən, islahatlara uyğun olmayan fəaliyyətə üstünlük verən icra başçıları da var. Artıq bu dəfə Prezident dedi ki, həmin icra başçıları nəinki çıxarılacaq hətta cəzalandırılacaq. Prezidentin çıxışlarından gəldiyim nəticə bundan ibarətdir ki, ciddi dəyişikliklırin şahidi olacağıq. Dəyişikliklərə uyğun fəaliyyət göstərə bilməyən məmurlar isə ya dəyişməlidirlər, ya da vəzifədən getməlidirlər. Bunun alternativi yoxdur.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar