Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə baş qaldıran etirazlar: Lidersiz inqilabların sonu necə olacaq?

Onları birləşdirən liderləri, tanınmış simaları yoxdur və ən dəhşətlisi isə odur ki, etirazçıların belə bir qayğısı da yoxdur...

Robert Fisk
“The Independent” qəzeti, 5 noyabr 2019-cu il

İnqilablar gözlənilməz şəkildə gələn elektrik vurmasına bənzəyir. Qurbanlar ilk anda bunun güclü bir arı sancması olduğunu düşünürlər. Sonra başa düşürlər ki, yaşadıqları evi bütünlüklə elektrik cərəyanı vurub.

İlk reaksiyaları da acı-acı ağlamaq olur. Amma elektrikin nəzarət edilən bir şey olduğunu, xüsusilə də heç kimin o elektriki idarə etmədiyini hiss edəndə rahatlaşırlar. Lakin bir neçə təhsilli elektrik ustası bu azğın cərəyanın öhdəsindən gələ bilir.

İraqda, Livanda və Əlcəzairdəki vəziyyət də eynilə belədir. Bağdadda, Kərbəlada, Beyrutda, Əlcəzair şəhərində və qısa müddətli də olsa, Qahirədə belə baş verənlər bundan ibarətdir. Gənc və təhsilli insanlar təkcə qanunsuzluğun deyil, həm də məzhəbçiliyin və dinə güvənərək get-gedə güclənən mafiya dövlətlərinin də məhv olmasını istədilər.

Lakin bu insanlar milyonlarla misirlinin 2011-ci ildə etdiyi səhvi yenidən təkrarladı: Onları birləşdirən liderləri, tanınmış simaları yoxdur və ən dəhşətlisi isə odur ki, etirazçıların belə bir qayğısı da yoxdur.

Rejimi məhv etmək, hökuməti, hiyləgər rəhbərləri göndərmək, iqtidarın daxilindəki xərçəngi dəf etmək - bütün tələbələri bundan ibarətdir. Livanda yüzlərlə etirazçı yeni bir konstitusiya yazılmasını, hökumətin etnik və məzhəbçi quruluşunu və əhalini məhv edən yoxsulluğun sona çatmasını tələb edir. Təbii ki, sonuna qədər haqlıdırlar, amma orada gözləyirlər. Bu adamlar - bəli, adamlar, çünki hamısı kişilərdir - istər neopotist?, istər oğru, istərsə də silahlı banditlər, hamısı getməlidirlər. Bu, Livanın gələcəyini ələ alacaq mirasçılar üçün kifayətdir.

Beyrut, Bağdad və Əlcəzair inqilabçıları əllərini siyasi çirkaba batırmaq istəmirlər. Onlar inanırlar ki, gələcək rəhbərlik gündəlik işlərlə heç bir həll yolu tapa bilməyəcəklər və təkcə cəsarətlə hər şeyi əldə etmək mümkündür. Amma bu, tamamilə axmaqlıqdır. Liderlik olmasa, məhv olub gedərlər.

Ərəb dünyasını idarə edən elitanın və kralların kəskin pənçələri var. Onlar hər cür mənasız vədlər verəcəklər: Qanunsuzluğu bitirmək, yeni qəbul edilən vergilərin qüvvədən düşməsi və bir neçə nazirin istefası... Sonda da inqilabçıları tərifləyəcəklər. Onları “xalqın gerçək səsi”, “əsl vətənpərvərlər” adlandıracaqlar. Lakin inqilabçılar öz davalarından əl çəkməsə, onları xalq düşməni, “xarici qüvvələr” üçün işləyən xainlər adlandıracaqlar. Geri çəkilən hökumət yenidən seçki vədləri belə verəcək.

Bu yeni inqilabların hamısı eyni deyil. Əlcəzairdəki bu yeni, təhsilli və işsiz sinif ordunun “demokratiyası” altında əzilərək bütün ümidini itirib. Sırf yeni hərbi lider və məşhur dekabr seçkiləri üçün vədlər verildiyinə görə komada olan Əbdüləziz Buteflikanı göndərdilər. Yeni seçilən prezident hal-hazırda Fransada və İsveçrədə bank hesabları olan generalların qucağından düşmədiyinə görə, bu, olduqca maraqlı bir vəddir.

Əlcəzairin sahibi ordudur. Bu, daha çox qışlaqlara yerləşmiş iqtisadiyyatdır. Yəni liderliyin, vətənpərvərliyin və fərdi sərvətin bir-birindən ayrılmaz şeylər kimi göründüyü hərbi-iqtisadi kompleksdir. Müxalifət yoxsuldur, neftin aşıb-daşdığı ölkələrdə isə qida qıtlığı yaranır. Amma generallar vəziyyətə heç də bu cür yanaşmırlar və xalq yenilik tələb etdikdə onlar ordunun pulunu xaricə qaçırmağa çalışırlar.

Daşınmaz əmlaklar, alış-veriş mərkəzləri və banklar üzərindəki nəzarəti ilə sistem Sisinin Misirdəki ordusuna çox bənzəyir. ABŞ Misirin müdafiə büdcəsinin 50%-dən çoxunu ödəyir, lakin ölkənin tankları və müharibə təyyarələri Misirin ənənəvi düşmənlərinə qarşı istifadə etmək üçün dizayn edilməyib. Vəzifələri İsraili qorumaq, islamçılığı əzmək və ABŞ-ın müttəfiqləri və investisiyaları üçün “sabitlik” yaratmaqdır. 2011-də Mursi ilə keçirdikləri boğucu və qorxulu aylardan sonra bezmiş etirazçılar ordunun mərhəmətli qollarına sığınmalı hala gəlmişdi. Çünki onlara axmaqlıqlarına görə xəbərdarlıq edəcək bir liderləri yox idi.

Cəbhələrdə özünü şir kimi aparan Misir jurnalistləri Sisinin çevriliş etdiyi gün hərbi paltarları geyinib yenidən şou göstərdilər. Müxalifət “terrorçu” elan edilib - bu gün iraqlı və livanlı siyasətçilərin gənc siyasi rəqibləri üçün dediyi kimi - və yeni bir Misir yarada biləcək az saylı inqilabçı Tora həbsxanasına salınıb.

Qorxusuz Misir əhalisi bu ay Qahirədə yenidən aksiyalar keçirmək istədikdə küçələrdən uzaqlaşdırılıblar.

Bəs İraqdakı yeni liderlər kimdir?

Bildiyimiz qədərilə, heç kim deyil. Buna görə də, öz ölkələrinə sahib çıxmaq istəyən və İraqdan, ölkənin zənginliyindən pis məqsədlə istifadə etmiş, özünü bəyənmiş nazirlərdən geri almaq üçün toplanan yorğun və yoxsul kütlələri başıboş, anarxist adlandırırlar.

İran hazırkı inqilaba digər ərəb millətlərindən daha çox şəhid verdi (indiki say 200-dür və hələ də artır). İndi isə onların qarşısını almaq üçün polislər gəlib və nəticədə, Kərbəlada ölən 18 şiə aktivist polislərin qurbanı olub.

Eyni hal Livanda nisbətən az qanlı şəkildə davam edir, lakin oradakı vəziyyət daha utanc vericidir.

Beyrutun mərkəzində yüzminlərlə etirazçı Seyid Həsən Nəsrullaha bağlı olan Hizbullah üzvlərinin şəbəkələri tərəfindən hücuma məruz qalması, bəlkə də, Livanda bu cəsur adamların - 2000-ci ildə İsrail ordusunu ölkədən atan əsgərlərin - ilk böyük ayıbı idi.

Cənubun “qəhrəmanları” Beyrutun pozulmuş, zəngin və yaşlı adamlarının yanında öz siyasi gücünü qorumaq məqsədilə livanlı qardaşlarına hücum etməyə hər an hazır idi. Nəsrullah bu gənc livanlılarla və onlarla birlikdə hərəkət edən fələstinlilərlə birlik olmalı və qərarlı bir şəkildə “xalqın” yanında olmalı idi. Bu, təsirli və tarixi bir siyasi cəhd ola bilərdi. Lakin bunun əvəzinə Nəsrullah vətəndaş müharibəsi barədə xəbərdarlıq etmişdi. Çünki güc və imtiyaz əvvəl-axır İsrailin işğalçı gücünə qarşı savaşmış və ölmüş qardaşlarından daha önəmli idi.

İndi isə əsas məsələ budur ki, “Hizbullah”, görəsən, ilk dəfə yaranandan bu yana qurtuluş yolu axtarmaqdan çox, özünü qorumağa mı çalışırdı?

“Hizbullah” Livanda az da olsa, bütövlüyünü qorumuş olan polis qüvvələrindən biridir. Amma Nəsrullahın kütləsi Livandakı fərqli məzhəblərə hücum etmək əvəzinə, onlarla birlikdə hərəkət etmədiyi müddətcə “Hizbullah” son günlərdə baş verən utancı silməkdə çətinlik çəkəcək.

İnqilabçıların, xüsusilə də, onların silahlı dəstələrinin hər zaman xalqı qoruması gözlənilir. Bəs onda “Hizbullah” taktikalarını tənqid edən Cənubi Livandakı şiələr üçün işləyir, yoxsa Suriya üçün? Ya da bəlkə İran üçün? Bəs İsrail təcavüzünə qarşı çıxması ilə əfsanə halına gəlmiş hərəkata nə oldu?

Hal-hazırda, çox güman ki, Beyrut etirazçıları liderlərinin kim ola biləcəyini müzakirə edirlər. Başqa bir dünyada, başqa bir dövrdə yeni Livanın ən xarizmatik lideri ola biləcək yeganə adam var: Dürzi Vəlid Canpolad. O, cəsarətli, sözün əsl mənasında xarizmatik, əsl intellektual və anadangəlmə sosialistdir. Hətta onu bir dəfə dünyanın ən böyük nihilisti adlandırmışam. Amma Dürzi bir lider olaraq Livanın təkcə 6%-ni təmsil edir və yeni Livanda bir inqilab lideri olaraq siyasi iqtidarı xalqı üçün yox, sırf öz məzhəbi üçün istədiyini deyərək onu günahlandıra bilərlər.

Böhranın əsl səbəbi budur. Məzhəbçilik virusunu müalicə etmək olmur. Bu, Livanın tragediyasıdır. Amma livanlı etirazçılar mübarizəyə davam etsə, bir lider seçmək artıq zərurət olacaq. Bu olmasa, bölünəcək və uğursuz olacaqlar.

“Hizbullah”ın və “Emel”in hal-hazırda etməyə çalışdığı şey budur. Etirazçıların öhdəsindən gələ bilsələr, qadınları və uşaqları aradan çıxara bilsələr, nümayişləri mənasız bir şouya çevirə bilsələr, şiələri qorxudub Beyrutun ortasındakı qardaşlarından uzaqlaşdıra bilsələr, tam da o zaman nümayəndələr zorakılığın qarşısını almağa məcbur qalacaqlar. Bu da Livan tarixinin qədim lənətini qırmaq üçün atılan addımları birdəfəlik məhv edəcək. Məhz buna görə livanlı etirazçılar bir az fasilə verib yenidən ciddi-ciddi düşünməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar