Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “Banklar məhkəmə-hüquq sisteminin haqsızlığından qorxur”

Banklar yüksək faizlə əsasən əhaliyə istehsaldan kənar sahələrdə kreditlər verirlər. Bu situasiyanı yaradan konkret hansı səbəblər var və bu səbəblər necə ortadan qaldırıla bilər?..

Bank üzrə ekspert: “Prezident deyəndə ki, istehlak kreditləri artıb bu zaman təkcə banklar nəzərdə tutulmur. Çünki banklar onsuz da, dolayısı yollarla da istehlak kreditləri verirlər”

“Banklar istehlak kreditləri verməyə ona görə maraqlıdırlar ki, orada faiz dərəcəsi daha yüksək, qaytarılmama riski isə daha aşağıdır”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov Prezidentin son çıxışında bankları tənqid etməsini və bankların verdikləri kreditləri PİA.az-a şərh edərkən qeyd edib.

Ölkə prezidenti son zamanlardakı çıxışlarında Bank sektorunu ciddi tənqidə məruz qoyub. O da faktdır ki, banklar qeyri-neft sektorunu demək olar ki, kreditləşdirmirlər. Kredit ayıranda isə əsasən öz yaxınlarına ayırırlar ki, bu da sonradan həmin kreditlərin batmasına səbəb olur. Geniş spektrdə isə banklar yüksək faizlə əhaliyə əsasən istehsaldan kənar sahələrdə kreditlər verirlər.

Bankları bu siyasəti izləməyə vadar edən hansı səbəblərdir? Yəni bu situasiyanı yaradan konkret hansı səbəblər var və bu səbəblər necə ortadan qaldırıla bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Bu gün Azərbaycanda biznesin inkişafı üçün əlverişli şərait, müvafiq biznes mühiti yoxdur”.

Ticarət şəbəkəkərinin faktiki olaraq banklarla qeyri-sağlam rəqabət aparırdıqlarını nəzərə çatdıran ekspert PİA.az-a açıqlamasında bildirib ki, yəni ticarət şəbəkələri guya banklardan biznes krediti götürürlər. Həmin kreditlə mal alıb onları vətəndaşlara nisyə satırlar. Bu da faktiki kreditləşmədir:

“Banklar istehlak kreditləri verməyə ona görə maraqlıdırlar ki, orada faiz dərəcəsi daha yüksək, qaytarılmama riski isə daha aşağıdır. Bu kreditlərin qaytarılmama riski ona görə aşağıdır ki, banklar kollektorlar, məhkəmələr, icra məmurları vasitəsi ilə borc alana qanuni və qanunsuz təzyiqlər edib onları borcu ödəməyə məcbur edə bilirlər. Düzdür banklar istehlak kreditlərinə daha çox vaxt sərf edirlər. Çünki istehlakçı daha çoxdur və az-az kredit götürürlər.

Biznes kreditlərində isə vəziyyət başqa cürdür. Yəni banklar biznes kreditlərini daha aşağı faizlə verməlidirlər. Düzdür banklar biznes krediti verdikləri zaman buna az vaxt sərf edirlər. Amma bu kreditlərdə faiz aşağı olduğuna görə banklara biznes krediti vermək sərf etmir. Həmçinin biznes krediti qaytarıla bilməyəndə bank haqsızlığa məruz qala bilər. Çünki sahibkarların çoxu bankdan götürdükləri pulla icra məmurlarını və məhkəmələri rüşvətlə ələ alırlar. Ən azından da məhkəmə prosesi uzadır. Banklar da məhkəmə-hüquq sisteminin bu haqsızlığından qorxur.

Əkrəm Həsənov: “Biznes krediti qaytarıla bilməyəndə bank haqsızlığa məruz qala bilər”.

Digər tərəfdən də bu gün ticarət şəbəkəkəri faktiki olaraq banklarla qeyri-sağlam rəqabət aparırlar. Yəni ticarət şəbəkələri guya banklardan biznes krediti götürürlər. Həmin kreditlə mal alıb onları vətəndaşlara nisyə satırlar. Bu da faktiki kreditləşmədir.

Yəni Prezident deyəndə ki, istehlak kreditləri artıb bu zaman təkcə banklar nəzərdə tutulmur. Çünki banklar onsuz da, dolayısı yollarla da istehlak kreditləri verirlər. Guya banklar biznes krediti verirlər. Bu kreditlər sonradan ticarət şəbəkələrinin nisyə alqı-satqısına çevrilir.

Bütövlükdə isə bu gün Azərbaycanda biznesin inkişafı üçün əlverişli şərait, müvafiq biznes mühiti yoxdur. Həmçinin ölkədə qanunlar işləmir, sahibkarlara dəstək yoxdur, məhkəmələrdə isə korrupsiyadır. Ölkədə sağlam sahibkarların sayı azdır ki, banklar onlara kredit verə bilsinlər. Buna görə də banklar da, ticarət şəbəkələri də əsasən istehlakçılarla işləyirlər. Əslində problem daha qlobaldır”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar